Baş nazirin Almaniyadakı gözləntiləri özünü doğrultmadı | Heç olmasa konfransda əyləşməsi üçün...
Ermənistanın Baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib.
Adətən Baş nazir səviyyəsində olan şəxs başqa bir ölkəyə rəsmi səfər edirsə, həmkarı onu qarşılamağa gəlir. Bu dəfə isə gözləntilər özünü doğrultmadı. Paşinyanı qarşılamaq üçün hava limanına ölkənin bir məmuru belə gəlməyib.
Bu barədə Ermənistanın İnformasiya təhlükəsizliyi üzrə eksperti Karen Vrtanesyan şəxsi “Facebook” hesabında yazıb.
O qeyd edib ki, Baş naziri qarşılayanların hamısı elə Ermənistan rəsmiləridir.
“Hətta ehtimal olunur ki, onların hamısı bir təyyarədə Almaniyaya uçublar, sadəcə Nikol Paşinyanı qarşılamağa heç kim gəlmədiyindən o tapşırıq verib ki, “xoş gəldin” təəssüratı yaratmaq üçün kamera önündə pozlar versinlər. Fotodakı sarışın qadın isə almana bənzədilsə də, onun Ermənistanın Bavariyadakı fəxri konsulu olduğu üzə çıxıb. Maraqlıdır, heç olmasa konfransda əyləşmək üçün Paşinyana taburet verəcəklər, yoxsa divara söykənib ayaq üstə qalacaq”, – deyə Karen Vrtanesyan paylaşımında qeyd edib.
#Almaniya teqi istifadə olunub
- Moskva ilə Qərb ölkələri arasında diplomatik gərginlik niyə alovlanıb? - Baku TV CANLI
- AFD-nin yüksəlişi Almaniyada siyasi sistemdə fundamental dəyişiklik yarada bilər
- Siyasi proseslər fonunda Avropanı nə gözləyir?
- Almaniya “Rus evi”ni bağladı | Berlin və Moskva arasında gərginlik pik həddə - Baku TV
- Almaniya və Rusiya rəsmiləri ritorikanı sərtləşdirir
