Pleyeri seçin:
Bu hücum cavabsız qalmayacaq! - Netanyahudan müdafiə nazirinə təcili tapşırıq
İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri İsrael Katza Qəzza zolağından yəhudi dövlətinə atılan raketlərə qətiyyətlə cavab verməyi əmr edib.
Bu barədə Baş nazirin Dəftərxanası məlumat yayıb.
“Baş nazir sərt cavab göstərişi verib və İsrail Ordusunun HƏMAS hərəkatına qarşı Qəzza zolağında intensiv əməliyyatlarının davam etdirilməsini təsdiqləyib”, ‒ deyə məlumatda qeyd olunub.
Bildirilib ki, B.Netanyahu ABŞ-yə gedərkən təyyarədən İ.Katza zəng edib. Söhbət zamanı müdafiə naziri İsrailə raket hücumu barədə Nazirlər Kabinetinin rəhbərinə məlumat verib.
Kopyalandı
#ABŞ teqi istifadə olunub
- Humanitar böhrana göz yumanlar qəzzalıların soyqırımını davam etdirirlər? - ANALİTİK BAXIŞ
- ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV
- Donald Trampdan hökumətin fəaliyyəti barədə növbəti xəbərdarlıq - Baku TV CANLI
- Arizona ştatındakı hərbi bazada atışma baş verib
- Zelenskidən ABŞ-Ukrayna danışıqları barədə açıqlama - Baku TV CANLI
