Pleyeri seçin:

“Cəbhədə əsas təhlükə...” | Xarkovun meri gizli planı “Baku TV”yə danışdı

31 iyul 2025 511 baxış

Xarkov şəhəri yenə Rusiya Ordusunun hədəfinə çevrilib.

Sumıda bufer zona yaratmağa cəhd edən Rusiya Ordusunun Xarkov planları da oxşardır.

Xarkov şəhərinin meri İqor Terexov, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayəti üzrə rəsmisi Pavlo Şamşin itkilər və yeni hücumlar barədə Baku TV-nin Şərqi Avropa bürosuna danışıblar.

İ.Terexovun sözlərinə görə, hücumlar gah güclənir, gah da zəifləyir:

“Hər gün partlayışlar olur, dağıntılar qeydə alınır. Təxminən 10 milyon dollar ziyan dəyib. Dağılan binaları bəpa etmək olur, amma ölən insanları heç kim geri həyata qaytara bilməz. 3 ildə Xarkovda 12 mindən çox mülki obyekt dağıdılıb və ya zədələnib. Bunlardan 9500-ü yaşayış binalarıdır. Xarkov şəhərinin 160 min sakini mənzillərindən, öz evlərindən məhrum olub”.

Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayəti üzrə rəsmisi Pavlo Şamşin isə bildirib ki, Xarkov vilayətində ən qaynar nöqtə Volçansk və onun ətrafıdır:

“Rusiya bu istiqamətdə hərbi əməliyyatları artırır. Bizim hərbçiləri Volçya çayının cənub sahilinə sıxışdırmaq istəyirlər, amma alınmır. Buna görə son vaxtlar Volçanskı cinahlardan keçməyə çalışırlar. Dvureçnaya qəsəbəsində də vəziyyət mürəkkəb olaraq qalır. Rusiya öz hərbçilərini Oskol çayının qərb sahilinə köçürməyə davam edir. Məqsəd sağ sahildən Kupyansk şəhəri üçün təhlükə yaratmaqdır. Onlar Kupyanskı mühasirəyə almağa çalışırlar”.

Onun sözlərinə görə, Rusiya kiçik hərbi qruplaşmalar vasitəsilə hücum edir. Bu taktika ilə Rusiya hərbçiləri gizli formada Ukrayna mövqelərinə soxulmağa çalışır:

“Əvvəllər Rusiya Ordusu hücumlarda əsasən artilleriyadan istifadə edirdisə, hazırda dronlara üstünlük verir. Tamamilə müxtəlif tipli dronlardan istifadə olunur. 2022, 2023 və 2024-cü illərin eyni dövrü ilə müqayisə etsək, indi dronlar cəbhədə əsas təhlükəyə çevrilib”.

Xarkov şəhərinin meri İqor Terexov onu da bildirib ki, Hava Hücumundan Müdafiə sistemlərinə ehtiyac var. 

Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Avropanın ikinci ən güclü hava donanması Türkiyəyə məxsusdur

Dünya
05 avqust 2026 511 baxış
Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Cəngəlliklərdə qədim sivilizasiyanın izləri tapıldı

Dünya
05 avqust 2026 511 baxış
Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Hindistan gəmisi Yəmən sahillərində hücuma məruz qaldı

Dünya
05 avqust 2026 511 baxış
İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

İran və Oman dəniz marşrutlarını razılaşdırmağa çalışır

Dünya
05 avqust 2026 511 baxış
NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

NATO-nun Şərqə genişlənmə planı iflas etdi? | Tbilisidən sərt reaksiya - Baku TV

Dünya
05 avqust 2026 511 baxış
Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Pentaqon İrana qarşı hərbi əməliyyatla bağlı yeni rəqəmləri açıqladı - Baku TV CANLI

Dünya
05 avqust 2026 511 baxış
Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünyanın ən qeyri-adi qaydaları olan şəhər

Dünya
05 avqust 2026 511 baxış
Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Avropada aviaşirkətlər çətin vəziyyətə düşdü

Dünya
05 avqust 2026 511 baxış
Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Yeni Zellandiyaya qar yağdı, məktəblər bağlandı

Dünya
05 avqust 2026 511 baxış
ABŞ-İran münaqişəsində yaralanan amerikalı hərbçilərin sayı artıb

ABŞ-İran münaqişəsində yaralanan amerikalı hərbçilərin sayı artıb

Dünya
05 avqust 2026 511 baxış
Seçilmişlər
icon