Pleyeri seçin:

Çeçenistanı çalxalayan video | Kadırovun səhhətində problem yaranıb, yoxsa...?

14 iyul 2025 374 baxış

Çeçenistanın “Qroznı” televiziya kanalı Ramzan Kadırovun Dövlət Avtomobil Müfəttişliyi rəisi İdris Çerxiqovla keçirdiyi görüşün videosunu yayımlayıb.

Rusiya mediası xəbər verir ki, 35 saniyəlik videoda R.Kadırovun özü cəmi 2 saniyə görünür. Videonun qalan hissəsində İ.Çerxiqov, Rusiya və Çeçenistan gerbləri, Vladimir Putin və Axmat Kadırovun portretləri, R.Kadırovun köməkçisi Umer Daudov və digər köməkçisi Əhməd Dudaev görünür.

R.Kadırovun görüntüsü 2 saniyə davam edir. O, bir nöqtəyə baxaraq duyğusuz ifadə ilə çeçen dilində nəsə deyir. Digər kadrlarda yalnız onun səsi eşidilir.

R.Kadırovun özünün “Telegram” kanalında da bazar günü Qroznıda tikinti işlərini yoxlaması ilə bağlı video yayılıb. Videonun dəqiq çəkilmə tarixi məlum deyil. Orada R.Kadırov daha emosional görünür, jestlər edir, hətta gülür, amma avtomobili özü idarə etmir.

Qeyd edək ki, aprelin 8-dən sonra Ramzan Kadırov yalnız bir dəfə – 4 iyulda şəxsən iclas keçirib.

O zaman belə izah etmişdi: “Əgər sistem düzgün qurulubsa, hər gün iclas keçirməyə ehtiyac yoxdur. Adamı çağırmaq və ya telefonla göstəriş vermək kifayətdir. Bizim sistem belə işləyir”.

O, sağlamlıq problemləri ilə bağlı şayiələri də təkzib etmişdi: “Onların fikrincə, adam iclasa gəlmirsə, ya ölüb, ya da ölüm ayağındadır. Gözləməyin, elə olmayacaq”.

Buna baxmayaraq, “Novaya Qazeta Evropa” hələ 2019-cu ildə R.Kadırovun mədəaltı vəzin nekrozu diaqnozu aldığını yazmışdı. 2023-cü ilin sonunda vəziyyətinin sabitləşdiyi bildirilsə də, bu ilin əvvəlindən Çeçenistanda hakimiyyətin mümkün dəyişməsi üçün hazırlıqların getdiyi iddia olunur.

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Dünya
24 mart 2026 374 baxış
Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Dünya
24 mart 2026 374 baxış
Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Dünya
24 mart 2026 374 baxış
Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Dünya
24 mart 2026 374 baxış
Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Dünya
24 mart 2026 374 baxış
Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Dünya
24 mart 2026 374 baxış
Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Dünya
24 mart 2026 374 baxış
İranın 1000 ballistik raketi qalıb?

İranın 1000 ballistik raketi qalıb?

Dünya
24 mart 2026 374 baxış
Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Dünya
24 mart 2026 374 baxış
Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Dünya
24 mart 2026 374 baxış
Seçilmişlər
icon