Pleyeri seçin:

Çin Rusiyaya kömək edib? | Vaşinqtondan sensasiyalı ittiham

27 iyul 2025 340 baxış

ABŞ-nin BMT-dəki səfiri Doroti Şi Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Ağ Ev rəhbəri Donald Tramp Rusiyaya 50 gün ərzində Ukraynada sülh sazişi bağlamaq üçün ultimatum verib.

Onun sözlərinə görə, əgər Kreml bu müddət ərzində hücumları dayandırmağa razılaşmasa, Birləşmiş Ştatlar əlavə tədbirlər görməyə hazırdır.

Doroti Şi vurğulayıb ki, artıq 100 gündən çoxdur BMT Təhlükəsizlik Şurası Ukraynadakı müharibənin dərhal dayandırılması və davamlı sülhün təmin olunması ilə bağlı qətnamə qəbul edib. Lakin sülh üçün tələb olunan hərəkətlərə uyğun irəliləyiş müşahidə olunmur:

“Rusiya hələ də dinc ukraynalı vətəndaşları qətlə yetirir. Pilotsuz uçuş aparatları və raketlərlə məktəbləri, uşaq meydançalarını, çoxmənzilli binaları, qocalar evlərini vurur. Rusiya minlərlə Şimali Koreya əsgərini cəbhə xəttinə yerləşdirib və on minlərlə rus əsgərini döyüş meydanlarına göndərir”.

Doroti Şi Çinin Rusiya Federasiyasına hələ də ikili təyinatlı məhsullar göndərməsinə də diqqət çəkib. O, Pekini Rusiyaya kömək etməkdə ittiham edib.

Çin isə bu ittihamları rədd edib.

“Biz ABŞ-ni Ukrayna məsələsində günahı başqasına yükləməyi və ya qarşıdurma yaratmağı dayandırmağa çağırırıq. Bunun əvəzinə Vaşinqton atəşkəs və sülh danışıqlarının asanlaşdırılmasında daha konstruktiv rol oynaya bilər”, − Çinin BMT-dəki səfiri Qenq Şuanq deyib.

O bildirib ki, Pekin münaqişənin tərəfi deyil və heç vaxt heç bir tərəfə öldürücü silahlar təqdim etməyib.

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Hərbi təyinatlı obyektlər hücuma məruz qalıb

Dünya
24 mart 2026 340 baxış
Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Rəcəb Tayyib Ərdoğan regionda davam edən gərgin vəziyyətdən danışdı

Dünya
24 mart 2026 340 baxış
Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Rusiya niyə Şri-Lankadan əmək miqrantları cəlb etməli oldu?

Dünya
24 mart 2026 340 baxış
Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Aİ Hörmüz boğazına gəmilərini yalnız bu halda yollayacaq | Rəsmi açıqlama - Baku TV CANLI

Dünya
24 mart 2026 340 baxış
Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Kim təslim olacaq? - ABŞ-İran arasında güc balansı: İran hərbi gücünü itirir, yoxsa...? - Baku TV

Dünya
24 mart 2026 340 baxış
Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Hörmüz boğazının bağlanması qlobal aclığa səbəb olacaq?

Dünya
24 mart 2026 340 baxış
Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Şiddətli zərbə | Müharibənin ən gərgin mərhələsi başlayır? - "Böyük hücuma hazırlıq gedir" - Baku TV

Dünya
24 mart 2026 340 baxış
İranın 1000 ballistik raketi qalıb?

İranın 1000 ballistik raketi qalıb?

Dünya
24 mart 2026 340 baxış
Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Pezeşkiandan mühüm qərar | Laricaninin yerinə təyin edilən şəxs kimdir? - Baku TV

Dünya
24 mart 2026 340 baxış
Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Türkiyənin qlobal gücə çevrilməsi üçün yeni imkanlar yaranıb | Dövlət Baxçalı

Dünya
24 mart 2026 340 baxış
Seçilmişlər
icon