Donald Tramp Ağ Evdə İraqın Baş naziri ilə görüşüb
ABŞ Prezidenti Donald Tramp regionda sabitlik üçün əsas təhdid olan İranın zəifləməsi sayəsində Yaxın Şərq ölkələrinin birləşdiyini iddia edib.
O bu barədə Ağ Evdə İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Yaxın Şərqdə artan gərginliyə baxmayaraq, region birləşir.
"İstər inanın, istər inanmayın, ancaq hər şey qaydasına düşür. Biz Yaxın Şərqdə təcavüzkardan qurtuluruq", – deyə Donald Tramp İranı nəzərdə tutaraq jurnalistlərə deyib.
Ağ Ev rəhbəri qeyd edib ki, Yaxın Şərqdə qorxu hökm sürürdü: "Düşünürəm ki, Yaxın Şərq əvvəllər heç vaxt olmadığı kimi birləşir".
Donald Tramp əlavə edib ki, bu kontekstdə ABŞ qoşunlarının İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur.
"Biz düşünmürük ki, orada hərbçilərimizə ehtiyac var. Bu, çox böyük bir əməliyyatdır, hazırda neft şirkətləri İraqla müqavilələr bağlayır. Biz onlara kömək etməyə və qorumağa hazırıq, lakin bunun zəruri olacağını düşünmürük. İranın hərbi gücü dörd ay əvvəlkinin yalnız cüzi bir hissəsini təşkil edir", – deyə ABŞ lideri bildirib.
#Donald Tramp teqi istifadə olunub
- Tramp İlham Əliyevin sözlərinin yer aldığı məqaləni “Truth Social”da paylaşdı - Baku TV
- Ərəb ölkələri İrana qarşı vahid cəbhədə birləşir? | Tehran hərəkətə keçəcək? - Baku TV
- Ağ Evin İrana qarşı yeni təzyiqi: Danışıqlar çağırışının pərdəarxası məqamları - ANA XƏBƏR
- Donald Tramp İranı sərt şəkildə hədələdi
- Baş nazir ABŞ Prezidenti ilə görüşdə tarixi açıqladı
