Pleyeri seçin:

Ekspertlər Ukraynadakı SES-in partladılmasını şərh etdi

08 iyun 2023 40 baxış

“Novaya Kaxovkada su elektrik stansiyasının bəndinin partlaması Buxarestdə maqnitometrdə qeydə alınıb. Su anbarı nə özünü məhv etmə, nə də hava hücumu yolu ilə partladılıb”.

Bu sözləri fizika üzrə professor, tədqiqatçı Riçard Kordaro öz “Twitter” hesabında yazıb.

O, bu paylaşımı ilə rəsmi Moskvanın su elektrik stansiyasının Ukrayna Silahlı Qüvvələri tərəfindən partladılması ilə bağlı iddiasını rədd edib. Professor qeyd edib ki, hadisədən bir neçə saat əvvəl həmin ərazidə daha kiçik partlayışlar qeydə alınıb.

Sözügedən məsələni rusiyalı və ukraynalı ekspertlər Baku TV-yə şərh ediblər. Rusiyalı hərbi ekspert Yevgeni Mixaylov su elektrik stansiyasında terror aktının Ukrayna tərəfindən həyata keçirildiyini deyib.

“Bu, Rusiya Silahlı Qüvvələrinin apardığı xüsusi hərbi əməliyyatlar zamanı uğur qazandığı ərazidə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Bundan öncə də Kaxovka SES Ukrayna tərəfindən dəfələrlə atəşə məruz qalıb və nəticə etibarı ilə o, qismən dağıdılmışdı. Ölkəmizə qarşı yönələn bütün ittihamlar cəfəngiyyatdır. Bu hadisədə məsuliyyət daşıyan insanlar gec-tez ciddi şəkildə cəzalandırılacaqlar”, – deyə rusiyalı hərbi ekspert qeyd edib.

Ukraynalı siyasi-hərbi ekspert Aleksandr Kovalenko isə bildirib ki, Rusiya hələ 2022-ci ildən başlayaraq Kaxovka SES-ə genişmiqyaslı hücum həyata keçirməyi planlaşdırırdı: “Onlar SES-in ərazisinə dəfələrlə mina və digər partlayıcı maddələr daşıyırdılar ki, lazımi vaxtda həmin bombalardan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin hücumunun qarşısını ala bilsinlər. Bu hadisə açıq-aşkar Rusiya tərəfinin törətdiyi terror aktıdır”.

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Pakistan məhkəməsi İmran xan və həyat yoldaşı barədə qərar verdi

Dünya
20 dekabr 2025 40 baxış
Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Sabiq Baş nazir İmran Xanı və həyat yoldaşı hakim qarşısında - Baku TV

Dünya
20 dekabr 2025 40 baxış
Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Sabiq Baş nazir İmran Xan və həyat yoldaşı hakim qarşısında - Baku TV CANLI

Dünya
20 dekabr 2025 40 baxış
ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

ABŞ Suriya ərazilərinə zərbələr endirib - Baku TV

Dünya
20 dekabr 2025 40 baxış
Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Yanacaq subsidiyalarının ləğvinə görə etrirazlar yarandı

Dünya
20 dekabr 2025 40 baxış
Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Hindistan hava çirkliliyi probleminə belə əlac tapdı

Dünya
20 dekabr 2025 40 baxış
Avropa İttifaqı Gürcüstana şərt qoydu

Avropa İttifaqı Gürcüstana şərt qoydu

Dünya
20 dekabr 2025 40 baxış
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib

Dünya
20 dekabr 2025 40 baxış
Tramp Floridaya niyə səfər edir?

Tramp Floridaya niyə səfər edir?

Dünya
20 dekabr 2025 40 baxış
Rusiya Ordusundan Odessadakı limana hücum

Rusiya Ordusundan Odessadakı limana hücum

Dünya
20 dekabr 2025 40 baxış
Seçilmişlər
icon