Ərdoğan məsuliyyəti üzərinə götürdü | Rusiya-Ukrayna müharibəsini taleyi həll edilir
İstanbul üç ildir davam edən müharibəni bitirmək istəyən Rusiya və Ukraynaya ev sahibiliyi etməyə hazırlaşır.
Müharibə başlayandan sonra tərəflər arasında əsir mübadiləsini təmin edən, savaşın əvvəlində İstanbulda Moskva və Kiyevi sülhə yaxınlaşdıran və taxıl dəhlizi ilə ərzaq böhranının qarşısını alan Ankara növbəti dəfə məsuliyyəti öz üzərinə götürür.
Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, artıq Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenski mayın 15-də İstanbul görüşməyə razılıq verib. “Ukrayna-Rusiya müharibəsini bitirməkdə çətinlik çəkən ABŞ Prezidenti Donald Tramp son telefon danışığında türk həmkarı Rəcəb Tayyib Ərdoğana özəl müraciət edərək, tərəfləri sülh masasına oturtmaq üçün Ankaraya birgə işləməyi təklif edib.
Ankaranın Tramp və Putinin istəyi ilə Ukraynanı daimi atəşkəsə razı salmaq üçün addım atacağı gözlənilir. Prezident Ərdoğanın daimi atəşkəsə doğru ilk addımı 2022-ci ildə İstanbulda keçirilmiş danışıqların yenidən bərpası olacaq. Ərdoğan Türkiyənin atəşkəs və daimi sülhün təmin edilməsi üçün danışıqlara ev sahibliyi də daxil olmaqla, hər cür töhfəni verməyə hazır olduğunu bəyan edib”, – materialda qeyd olunur.
#Türkiyə teqi istifadə olunub
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə
- 27 yaşlı futbolçuya atəş açıldı | Türkiyədə dəhşətli hadisə - Baku TV CANLI
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Erməni politoloq Ərdoğanın açıqlamasını belə şərh etdi
- Ukraynadakı müharibənin coğrafiyası genişlənir? | NATO indi nə edəcək? - Baku TV
