Pleyeri seçin:

Ermənistanda ara qarışdı | Sarkisyan və Köçəryan arasında gərginliyin pərdəarxası

08 may 2025 362 baxış

Ermənistan Baş naziri Nikol Paşinyanın impiçment edilməsi ölkədə ikili hakimiyyət olanda mümkündür, bu gün belə bir vəziyyət yoxdur.

Bunu Ermənistan parlamentdəki “Ermənistan” fraksiyasının deputatı Aqvan Vardanyan deyib.

Həmçinin onun sözlərinə görə, ölkədə hakimiyyətə güclü ictimai təzyiq olduqda impiçment mümkün ola bilər.

Vardanyan “Veto” hərəkatının rəhbəri Narek Malyan və sabiq səfir Edqar Qazaryan tərəfindən uyğun olmayan bir zəmində irəli sürülmüş təşəbbüsü “macəra və təxribat” adlandırıb:

“İndi belə bir təkliflə deputatlara müraciət etməklə “Ermənistan” fraksiyasını şantaj etməyə cəhd edilir. Bildirirlər ki, ya Robert Köçəryanın namizədliyini irəli sürməklə onu impiçment edin, ya da Robert Köçəryanın sizin namizədiniz olmadığını qəbul edin”.

Vardanyan sabiq prezident Serj Sərkisyanın hakimiyyət dəyişikliyi ilə bağlı açıqlamasına və onun “Şərəfim Var” fraksiyasının fəallığına da diqqət çəkib:

“Onların hakimiyyət dəyişikliyi planı var. Amma “Ermənistan” fraksiyası da həmişə bəyan edib ki, heç bir müxalifət qüvvəsi təkbaşına hakimiyyəti dəyişdirə bilməz. Ona görə də bu proqramın parlamentdə təqdim edilib-edilməyəcəyinə baxacağıq. Əminəm ki, indi bu plan impiçmentə başlamaqla bağlı deyil”.

Qeyd edək ki, Nikol Paşinyanın impiçmenti təşəbbüsünə Sərkisyan və Köçəryanın bloklarının yanaşmaları fərqlidir. “Ermənistan” indi bunun üçün zəminin olmadığını bəyan edərək təşəbbüsə qoşulmaqdan imtina etsə də, “Şərəfim Var” buna bir az fərqli yanaşır. Məsələ iki keçmiş müttəfiq arasında fikir ayrılığına və gərginliyə səbəb olub. Təşəbbüsü irəli sürən Malyan və Qazaryan Serj Sərkisyana yaxınlığı ilə tanınır.

Onların Köçəryana qarşı sərt bəyanat və ittihamları “Ermənistan” blokunda narazılıq yaradıb.

Hörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - Baku TV

Hörmüz böhranı enerji bazarında yeni qiymət dalğası yaratdı - Baku TV

Dünya
06 may 2026 362 baxış
Yaxın Şərqdəki gərginlik Kanberraya 10 milyard dollara başa gələcək

Yaxın Şərqdəki gərginlik Kanberraya 10 milyard dollara başa gələcək

Dünya
06 may 2026 362 baxış
Rusiya ordusu Zaporojyeyə aviasiya bombası və dronlarla hücum etdi - ANA XƏBƏR

Rusiya ordusu Zaporojyeyə aviasiya bombası və dronlarla hücum etdi - ANA XƏBƏR

Dünya
06 may 2026 362 baxış
“Axios”: “İran və ABŞ sülh razılaşması imzalamağa yaxındır”

“Axios”: “İran və ABŞ sülh razılaşması imzalamağa yaxındır”

Dünya
06 may 2026 362 baxış
Tokayevdən xəbərdarlıq: ”Lazım olsa, ordu ilə də cavab verərik”

Tokayevdən xəbərdarlıq: ”Lazım olsa, ordu ilə də cavab verərik”

Dünya
06 may 2026 362 baxış
Rəsmi Pekindən əsir götürülmüş Çin vətəndaşları barədə Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Rəsmi Pekindən əsir götürülmüş Çin vətəndaşları barədə Ukraynaya xəbərdarlıq - Baku TV CANLI

Dünya
06 may 2026 362 baxış
Hörmüzdə fransız gəmisinə hücum: Yaralılar var - Baku TV CANLI

Hörmüzdə fransız gəmisinə hücum: Yaralılar var - Baku TV CANLI

Dünya
06 may 2026 362 baxış
Qlobal maliyyə bazarında dollara qarşı gücünü itirən valyutalar görün hansılar oldu

Qlobal maliyyə bazarında dollara qarşı gücünü itirən valyutalar görün hansılar oldu

Dünya
06 may 2026 362 baxış
Rusiya ardıcıl zərbələrlə dəhşət saçdı | Ukrayna vilayətlərində gərginlik pik həddə - Baku TV

Rusiya ardıcıl zərbələrlə dəhşət saçdı | Ukrayna vilayətlərində gərginlik pik həddə - Baku TV

Dünya
06 may 2026 362 baxış
Vuçiç: “Rusiyaya bunu etmək xalqın ruhuna xəyanət olardı”

Vuçiç: “Rusiyaya bunu etmək xalqın ruhuna xəyanət olardı”

Dünya
06 may 2026 362 baxış
Seçilmişlər
icon