Ermənistanda kəndlilər hökumətdən nə tələb edir? | Etirazın əsas səbəbi üzə çıxdı
Ermənistanda Kasax və Proşyan kəndlərinin sakinləri icmaların nəqliyyat problemlərinin həll edilməsi tələbi ilə Aştarak-İrəvan yolunu bağlayıblar.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
“Vergi və rüsumları artırdılar, indi isə gediş haqqını qaldırırlar və insanların bir-birinin üstündə oturduğu “QAZel”ləri bizə qaytarırlar. Bizə əlil insanlar üçün uyğun olmayan mikroavtobuslar təklif edirlər. Bundan başqa, maşınların sayı az olacaq, bu isə o deməkdir ki, mikroavtobuslar böyük intervalla işləyəcək. Gediş-gəliş isə 700 drama, təxminən 3 manata başa gələcək”, – deyə etirazçılar bildiriblər.
Qeyd edək ki, aprelin 9-da Kasax və Proşyan kəndinin sakinləri ilə hökumət nümayəndələri arasında görüş keçirilib və onlara hər iki kəndi İrəvanla birləşdirən iki marşrutun ləğv ediləcəyi bildirilib.
#Ermənistan teqi istifadə olunub
- Azərbaycan–Ermənistan arasında neft tədarükünün ilk mərhələsi - Baku TV
- Azərbaycandan gedən neft məhsulları Ermənistana çatdı
- Azərbaycan yanacağını Ermənistana çatdıran ilk qatarın görüntüləri - Baku TV
- Ermənistan–ABŞ işçi qrupunun ilk görüşü keçirilib
- Azərbaycandan Ermənistana ixrac edilən neft məhsulları Böyük Kəsik stansiyasına daxil oldu - Baku TV
