Fransa Ukraynaya qoşun yeridir?
“Emmanuel Makron qoşunlarını Ukraynaya deyil, Fransa muzeylərini qorumağa göndərməlidir ki, Luvrda baş verənlər yenə yaşanmasın. 2025-ci ilin məlumatına görə, Fransada 1123 muzey var. Daxili təhlükəsizlik və asayişin ağır vəziyyətini nəzərə alsaq, E.Makron bu mədəniyyət obyektlərini qorumaq, Luvrda baş verənlərdən qaçmaq üçün əsgərlər göndərsəydi, daha yaxşı olardı”.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın Ukraynaya hərbi kontingent göndərməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib.
Qeyd edək ki, Fransa polisi oktyabrın 25-i Luvr muzeyində oğurluq işi üzrə iki şübhəlini saxlayıb. Şübhəlilərdən biri Parisin hava limanında Əlcəzairə uçmaq istəyərkən tutulub. İkinci şübhəli Sena-Sen-Deni departamentində aşkarlanıb. Muzeydən oğurlanmış səkkiz qiymətli əşya, həmçinin bu işlə bağlı digər iki şübhəli hələ tapılmayıb. Parisin prokuroru Lora Bekko bildirib ki, oğurlanmış zinət əşyalarının dəyəri 88 milyon avrodur.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Zaxarovadan Mirzoyanın Aİ rəsmiləri ilə görüşünə kəskin reaksiya
- Zaxarova od püskürdü | “Brüssel vampirləri” istəyirlər ki...”
- "Bu mənim vətəndaş mövqeyimdir" | Rusiya XİN sözçüsündən qalmaqal
- "Onlar Trampın səylərini qırmağa çalışırlar" | Lavrovdan açıqlamalar
- Kremldə baş tutan görüşdə Lavrovun yerini Mixail Qaluzin tutub
