Pleyeri seçin:

Gürcüstan parlamenti qalmaqallı qanuna qoyulan vetonu ləğv etdi

28 may 2024 314 baxış

Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "Xarici təsir haqqında” qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib.

Bu barədə Gürcüstanın yerli mediası məlumat yayıb.

Parlament Prezidentin mübahisəli “Xarici təsir qanunu”na qoyduğu vetonun ləğvi ilə bağlı gün ərzində səsvermə keçirib. Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.

Müzakirələr zamanı parlament binasının ətrafında etiraz aksiyası keçirilib. Binanın girişinə toplanan etirazçılar hakim “Gürcü Arzusu” partiyası və təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndiriblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları və xüsusi təyinatlılar tərəfindən etirazçılara nəzarət üçün canlı dəhliz yaradılıb.

Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.

Bu arada Avropa İttifaqının xarici siyasət rəhbəri Cozep Borrell “X” platformasında paylaşımında bildirib ki, adıçəkilən qanun Avropa İttifaqı dəyərlərinə uyğun deyil.

“Qanun qəbul olunarsa, iyunda Xarici İşlər Nazirləri Şurasının iclasında bununla bağlı qərar qəbul edəcəyik”, – deyə C.Borrell qeyd edib.

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Putinlə bağlı dediklərinə görə axtarılan Mixail Verbitskidən açıqlama

Dünya
16 iyun 2026 314 baxış
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı

Dünya
16 iyun 2026 314 baxış
Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Köçəryanın planları niyə alınmadı? | “İndi qurban veriləcəyindən qorxur”

Dünya
16 iyun 2026 314 baxış
“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

“Düşünürdüm ki, bu, həll edilməsi ən asan müharibə olacaq” | Tramp

Dünya
16 iyun 2026 314 baxış
ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

ABŞ-İran yeni səhifə açır: Tehran hansı imtiyazları qazanacaq? - AKTUAL GÜNDƏM

Dünya
16 iyun 2026 314 baxış
”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

”Bu siyasi fəlakətə cavab hazırlamalıyıq” | İsrailin keçmiş müdafiə naziri

Dünya
16 iyun 2026 314 baxış
Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Donald Tramp yayılan iddialara cavab verdi - Baku TV CANLI

Dünya
16 iyun 2026 314 baxış
Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Ukraynadan gecə hücumu: Moskva yenidən dronların hədəfində - Baku TV CANLI

Dünya
16 iyun 2026 314 baxış
Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Norveç şahzadəsinin oğluna 4 il həbs cəzası verildi

Dünya
16 iyun 2026 314 baxış
İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

İran ABŞ ilə razılaşsa da, İsrail qoşunlarını Livandan çıxarmayacaq

Dünya
16 iyun 2026 314 baxış
Seçilmişlər
icon