Dünya
Pleyeri seçin:

Gürcüstanda mədənçilərin etirazı Tbilisiyə qədər çatdı

21 iyun 2023

Gürcüstanda mədənçilərin etiraz aksiyaları günlərdir ki, davam edir.

İmereti bölgəsinin Çiatura şəhərindən olan etirazçıların bir qismi artıq aksiyalarını paytaxt Tbilisidə davam etdirirlər.

Maaş artımı, eləcə də iş şəraitinin və təhlükəsizliyin yaxşılaşdırılmasını tələb edən mədənçilər mərkəzi Rustaveli prospektindəki Parlament binasının qarşısında çadırlar qurublar. Etirazçılardan biri gözlərini, biri isə ağzını tikdirib. Bir qrup mədənçi isə günlərdir ki, aclıq aksiyası keçirir.

Qeyd edək ki, aksiyalara paytaxt sakinləri, gənclər, eləcə də hüquq müdafiəçiləri qoşulublar. Mədənçilərə dəstək nümayiş etdirmək üçün aksiyada iştirak edən vəkil Baia Pataraia Baku TV-yə verdiyi müsahibəsində bu etirazın tamamilə haqlı olduğunu bildirib.

“Onlar yalnız maaşla bağlı tələblərini irəli sürmür, həmçinin ekologiyanın qorunması üçün də mübarizə aparırlar. Hazırda Çiaturada vəziyyət olduqca gərgindir. Manqanın əldə edilməsinin daha təhlükəsiz üsulları da mövcuddur. İşlərin hazırkı qaydada davam etməsi insan sağlamlığı üçün təhlükəlidir. Bu baxımdan mədənçilərin etirazları tamamilə haqlıdır”, – deyə o qeyd edib.

Aksiya səbəbi ilə əraziyə çox sayda polis və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Havanın yağışlı keçməsinə baxmayaraq, etirazlar axşam saatlarında da davam edib.

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 may 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 may 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 may 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 may 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Seçilmişlər
icon