Pleyeri seçin:
Haqqında həbs qərarı çıxarılan Netanyahu və Qalant məhkəmədən narazıdır
İsrail Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin verdiyi orderlərə etiraz etməyə çalışacaq.
Bu barədə hökumət başçısının ofisindən bildirilib.
“İsrail Beynəlxalq Cinayət Məhkəməsinə qərarı etiraz etmək niyyəti barədə ərizə təqdim edib. Bununla əlaqədar İsrail həbs orderlərinin icrasının müvəqqəti ertələnməsini xahiş edir”, – deyə bəyanatda qeyd olunur.
Bildirilir ki, İsrail Beynəlxalq Cinayət Məhkəməsinin Baş naziri və keçmiş müdafiə nazirinin həbsi üçün verdiyi orderləri qeyri-legitim hesab edir.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi “insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərə görə” İsrailin Baş naziri və keçmiş müdafiə nazirinin həbsi üçün order verib.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- ABŞ və İsrail ərəb ölkələri ilə hərbi koordinasiyanı artırır - Baku TV
- Yaxın Şərqdə vəziyyət gərginləşir | Anklav yenidən hədəfdə - Baku TV CANLI
- Rusiyaya "stop", İsrailə "yaşıl işıq" | Afinanın yeni hava qalxanı necə qurulur? - HƏRBİ XRONİKA
- İsrail Livanın cənubuna növbəti dəfə aviazərbələr endirib
- Dəməşq ətrafına endirilən zərbələr qarşıdurmanın miqyasını daha da genişləndirir - Baku TV CANLI
