Harris-Tramp rəqabətində son vəziyyət | ABŞ-nin yeni prezidenti kim olacaq?
“Ağ Evin keçmiş rəhbəri Donald Tramp və ABŞ-nin vitse-prezidenti Kamala Harrisin qarşıdan gələn prezident seçkisində qalib gəlmək şansları bərabərdir”.
Bunu ABŞ sakinləri arasında keçirilən son rəy sorğusu göstərib.
K.Harris ilk dəfə keçən həftə Trampa uduzub, onun Oval kabinetə qayıtma şansı isə 54% qiymətləndirilib. Oktyabrın 18-də bu rəqəm 46% olub.
Qeyd olunur ki, seçkiyə bir neçə gün qalmış namizədlər arasında minimal fərq, respondentlərin seçimlərində isə cüzi dəyişikliklər olsa da, bu, seçki proqnozuna ciddi təsir göstərəcək.
Məlumata görə, K.Harrisin qalib gəlmək şansının artması onun populyarlığının orta hesabla 0,4 faiz artdığı Viskonsin, Miçiqan, Pensilvaniya və Şimali Karolina ştatlarında keçirilən sorğuların nəticələri ilə bağlıdır.