Pleyeri seçin:

Heç vaxt səs verməyən amişlər də seçkidə iştirak etdi | Maraqlı faktlar

07 noyabr 2024 295 baxış

10 min amiş prezident seçkilərində Donald Trampa səs verib. Halbuki amişlər daha əvvəl səs vermirdilər.

Qeyd edək ki, amiş təriqəti XVII əsrdə Avropada yaranıb və qurucusu Jakop Amman adlı isveçrəli olub. Onlar Almaniyada islahat və dini təzyiqlərə görə, XVIII əsrdə Amerikaya köçüblər. Əhalisi 300 min olan xristian təriqəti hələ də Avropadan ABŞ-yə köçüb gəldikləri şəraitdə yaşayırlar.

Müasir həyatı və texnologiyanı rədd edən, əl əməyinə və sənətkarlığa önəm verən bu camaat texnologiya nəhəngi ABŞ-də hər cür texnologiyadan uzaq yaşayırlar. Çalışqan və nizam-intizamlı bir cəmiyyət kimi tanınan amişlər öz inanclarına uyğun olaraq son dərəcə sadə həyat sürürlər. Amişlər avtomobil əvəzinə at arabalarında səyahət edirlər. Dolanışıqlarını əkinçilik və heyvandarlıqla təmin edən, hətta traktordan belə istifadə etməyən amişlər tarlalarını at arabaları ilə şumlayır, müasir təsərrüfat texnologiyaları olmadan məhsul becərərək məhsul yığırlar.

Ailənin bütün üzvləri, o cümlədən uşaqlar tarlada işləyir, inək sağır və ya ev işləri ilə məşğul olurlar. Çox uşaq sahibi olmaq ənənəsini davam etdirən amişlərin hər birinin ən azı 5 övladı var. Amiş uşaqları öz bir otaqlı məktəblərində 8 il təhsil alırlar, ailələr isə 8 ildən sonra uşaqlarını məktəbə göndərmirlər. Digər xristianlardan fərqli olaraq amişlər iki həftədən bir bazar günləri öz kilsələrində ibadət edirlər.

Geyim tərzi ilə də diqqət çəkən bu camaat paltarlarını özləri tikir. Qadınlar tünd, düz uzun donlar və ağ önlüklər, ağ papaqlar taxırlar. Gənc amiş qadınları toylarında öz mavi paltarlarını geyinir, evləndikdən sonra gəlinliklərini kilsəyə geyinirlər və öləndə gəlinliklərində dəfn olunurlar. Kişilər isə tünd rəngli asma şalvar və uzunqol, yaxasız köynək geyinir, yayda saman papaq, qışda isə qara rəngli şlyapa taxırlar. Bığ saxlamaq qadağan olunan amiş kişiləri evləndikdən sonra saqqal saxlayırlar.

Elektrik enerjisindən istifadə etmədiyi üçün paltarlarını və qablarını əllə yuyan amişlər gün batdıqdan sonra işini dayandıraraq evlərinə qayıdıb işıqlandırma üçün kerosin lampalardan istifadə edirlər. Müharibə əleyhinə olan və hərbi xidmətdən imtina edən amişlər vergi ödəmirlər, ancaq istehsal etdikləri və satdıqları məhsullara görə gəlir vergisi ödəyirlər.

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

Dünya
16 dekabr 2025 295 baxış
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Dünya
16 dekabr 2025 295 baxış
Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Dünya
16 dekabr 2025 295 baxış
Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Dünya
16 dekabr 2025 295 baxış
Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Dünya
16 dekabr 2025 295 baxış
Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Dünya
16 dekabr 2025 295 baxış
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Dünya
16 dekabr 2025 295 baxış
Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Dünya
16 dekabr 2025 295 baxış
Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Dünya
16 dekabr 2025 295 baxış
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Dünya
16 dekabr 2025 295 baxış
Seçilmişlər
icon