Hindistanda sürüşmə 7 nəfərin həyatına son qoydu
Hindistanın Kullu bölgəsində sürüşmə baş verib. Hadisə nəticəsində azı 7 nəfər həyatını itirib.
Xarici medianın məlumatına görə, xilasetmə qrupları zərərçəkənlərə kömək etməyə çalışırlar. Ölü sayının artacağı istisna olunmur.
"Demək olar ki, son 3-4 gün ərzində aramsız yağış yağır. Bu, bir çox bölgələrdə sürüşmələrə səbəb olub. Hazırkı sürüşmədə təəssüf ki, evlərin uçması nəticəsində 7 nəfər ölüb, 3 nəfər isə xilas edilib", ‒ deyə məlumatda vurğulanıb.
Qeyd edək ki, musson yağışları Hindistanın şimalında sürüşmə ilə yanaşı, dağıntılara da səbəb olub. Avqustda 100-ə yaxın insanın həlak olduğu bildirilir. Dehlidə 11 min insan təhlükəsiz ərazilərə köçürülüb.
Pakistanda isə vəziyyət daha acınacaqlıdır. Musson yağışları bu ölkədə də iyunun sonlarından bəri daşqınlara səbəb olub, nəticədə 900-ə yaxın insan həlak olub. 760 min pakistanlı təhlükəsiz ərazilərə təxliyə olunub.
Pakistanda təbii fəlakətlərin intensivləşməsinə səbəb Hindistanın dambada yığılan artıq suyu çaylara buraxmasıdır. Bundan sonra isə Ravi, Satlec və Pəncab vilayətində 2 mindən çox kənd suyun altında qalıb.
#Hindistan teqi istifadə olunub
- Hindistanda milyonlar xərclənən 3 günlük şənlik
- İrəvan 1,2 milyard dollarlıq müqavilədən imtina etdi - ANA XƏBƏR
- Ermənistan “Tejas” döyüş təyyarələrinin alınması ilə bağlı Dehli ilə danışıqları dayandırıb
- Dubayda partlayan “Tejas”ın pilotu həlak olub
- Hindistan və ABŞ arasında enerji əlaqələrinin güclənməsinə yönəlmiş strateji addım
