Pleyeri seçin:

Hörmüz böhranı həll olunur? | İran blokadanın ləğvini tələb edir - Baku TV

27 aprel 2026 20 baxış

İran ABŞ-yə münaqişənin həlli üzrə Amerika blokadasının ləğvini, Hörmüz boğazı vasitəsilə gəmiçiliyin bərpasını və ardınca Tehranın nüvə proqramı üzrə danışıqlara keçidi özündə ehtiva edən yeni təklif göndərib.

Bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İran tərəfi Pakistanın vasitəçiliyi ilə yeni təklifi Vaşinqton nümayəndələrinə çatdırıb.

"Təşəbbüs danışıqlar prosesindəki mövcud dalandan çıxmağa və İran rəhbərliyinin Tramp administrasiyası ilə razılaşma əldə etmək naminə getməyə hazır olduğu nüvə güzəştlərinin həcmi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa yönəlib", – deyə nəşr qeyd edib.

"Axios" bildirib ki, İranın təşəbbüsü, ilk növbədə, Hörmüz boğazı ətrafındakı böhranlı vəziyyətin həllinə və Amerika blokadasının ləğvinə hesablanıb. Hər iki tərəfin qüvvədə olan atəşkəs rejimini "uzun müddətə uzatması və ya hərbi əməliyyatların tam və qəti şəkildə dayandırılması barədə razılığa gəlməsi" nəzərdə tutulur.

"İrəli sürülən təklifə əsasən, nüvə üzrə danışıqlar yalnız növbəti mərhələdə, Hörmüz boğazında blokada aradan qaldırıldıqdan və iqtisadi blokada ləğv edildikdən sonra başlayacaq", – deyə portal vurğulayıb.

İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

İlon Mask süni intellektin iqtisadiyyatda yaradacağı dəyişikliklərdən danışdı

Dünya
27 aprel 2026 20 baxış
Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Pxenyanda Kurskda həlak olan koreyalı hərbçilərin xatirəsinə abidə ucaldıldı

Dünya
27 aprel 2026 20 baxış
Ukrayna dəhlizinə hücum | Gəmi və liman infrastrukturu zərər gördü - Baku TV CANLI

Ukrayna dəhlizinə hücum | Gəmi və liman infrastrukturu zərər gördü - Baku TV CANLI

Dünya
27 aprel 2026 20 baxış
London polisi Starmerin ofisinin əməkdaşlarını niyə dindirəcək?

London polisi Starmerin ofisinin əməkdaşlarını niyə dindirəcək?

Dünya
27 aprel 2026 20 baxış
ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan bu siyahıda liderdir

ABŞ, Çin, Rusiya, Almaniya və Hindistan bu siyahıda liderdir

Dünya
27 aprel 2026 20 baxış
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif təqdim etdi

İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeni təklif təqdim etdi

Dünya
27 aprel 2026 20 baxış
Yaponiyada Hörmüz boğazına hərbçilərin göndərilməsi ilə bağlı fikirlər bölünüb

Yaponiyada Hörmüz boğazına hərbçilərin göndərilməsi ilə bağlı fikirlər bölünüb

Dünya
27 aprel 2026 20 baxış
Blokada ləğv olunmadan danışıqlar olmayacaq? | İranın mövqeyi sərtləşdi! - Baku TV CANLI

Blokada ləğv olunmadan danışıqlar olmayacaq? | İranın mövqeyi sərtləşdi! - Baku TV CANLI

Dünya
27 aprel 2026 20 baxış
İsrail “Hizbullah” obyektlərinə zərbələr endirib

İsrail “Hizbullah” obyektlərinə zərbələr endirib

Dünya
27 aprel 2026 20 baxış
35 kilometr hündürlükdə rekorda imza atıldı

35 kilometr hündürlükdə rekorda imza atıldı

Dünya
27 aprel 2026 20 baxış
Seçilmişlər
icon