İran-İsrail münaqişəsində kritik anlar | Ağ Ev dünya ölkələrinə çağırış etdi
ABŞ dövlət katibi Entoni Blinken G7 ölkələrinin xarici işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının 24-48 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.
Xarici mediada yayılan məlumata görə, Blinken G7 həmkarları ilə telefon danışığı zamanı həmin ölkələri İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə çağırıb.
ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.
Blinken Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəs danışıqlarına təsirindən məyus olduğunu bildirib.
“ABŞ administrasiyası Haniyənin öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə həmişəkindən daha yaxın olduğunu hiss edirdi. Amma indi tərəflərin kompromisi böyük sual altındadır”, – deyə ABŞ dövlət katibi əlavə edib.