İran obyektləri ağır aviazərbələr altında | İsrail Suriyanı atəşə tutdu
İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub.
Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.
Bildirilib ki, İsrailin endirdiyi aviazərbələr nəticəsində azı 14 mülki şəxs həlak olub, onlarla yaralı var. Onlardan bəzilərinin vəziyyəti ağır olduğundan ölü sayının artacağı istisna olunmur.
Məlumata görə, vurulan ərazidəki hərbi bazalar SEPAH-ın və İran silahlı qüvvələri ilə əlaqəsi olan yaraqlıların koordinasiya mərkəzi kimi istifadə edilirdi.
Nəşrin iddialarına görə, hədəf seçilən obyektlərdən biri də Elmi Tədqiqat və İnkişaf Mərkəzi idi. Həmin mərkəzdə yeni nəsil raketlər istehsal edilirdi.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı yayılan xəbərlərə münasibət bildirməyib.