İran Prezidenti ABŞ-yə hansı mesajları verdi? - Baku TV
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, Omanda başlayan nüvə danışıqlarının yeni mərhələsi Tehranın nüvə məsələsinin ədalətli və məntiqli bir şəkildə həlli üçün mühüm fürsət yaradır.
Pezeşkian vurğulayıb ki, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) çərçivəsində öz hüquqlarını təmin etməyə çalışır.
O, bu hüquqlara uranın zənginləşdirilməsi və ədalətsiz sanksiyaların ləğvinin də daxil olduğunu bildirib.
Pezeşkian həmçinin qeyd edib ki, İran İslam Respublikası danışıqların uğurlu olması üçün öz üzərinə düşən addımları atacaq və ümid edir ki, qarşı tərəf də həddindən artıq tələblər irəli sürmədən bu prosesə sadiq qalacaq.
Qeyd edək ki, Amerika və İran diplomatları ötən həftə Omanda danışıqlar aparıblar. Bu danışıqlar ABŞ-nin regionda hərbi dəniz qüvvələrinin mövcudluğunu gücləndirməsi və Tehranın mümkün hücuma sərt cavab verəcəyi barədə açıqlamaları fonunda diplomatik səyləri yenidən canlandırmaq məqsədi daşıyır.
#İran teqi istifadə olunub
- Tramp Livan və İsrail liderlərini danışıqlar üçün Ağ Evə dəvət edib
- İran nüvə silahından imtina edir? | Trampdan sensasiyalı açıqlama - Baku TV
- Amerikalı nazir Tehrana hansı mesajı verdi? - 24 SAAT
- Vaşinqton Pekinə güzəştə gedir? | Siyasi baxışlarda uyğunluq və ya ziddiyyət - Baku TV
- Trampın sözündən sonra Çin İranı dəstəkləməkdən geri çəkilir? - AKTUAL GÜNDƏM
