Pleyeri seçin:

İran sürətli şəkildə neft ixrac edir ki... | Peyk görüntüləri nələri üzə çıxardı?

20 iyun 2025 265 baxış

İran İsrailin ehtiyatlarını məhv etmədən hasil etdiyi nefti təcili şəkildə ixrac etməyə çalışır.

Bu barədə “Blumberq” nəşri peyk görüntülərinə istinadən yazıb.

Qeyd olunur ki, İran neftinin əsas hissəsi Fars körfəzində yerləşən Xark adasındakı neft terminalı vasitəsilə ixrac olunur. Adada yerləşən anbarlar “üzən” damla təchiz olunub. Anbar neftlə dolduqda dam yuxarı qalxır, boşaldıqda isə aşağı enir:

“11 iyun tarixli peyk görüntülərində demək olar ki, bütün iri anbarların damlarının aşağı vəziyyətdə olduğu – yəni anbarlarda çox az neft qaldığı görünür. Amma 18 iyun tarixli şəkillərdə isə demək olar ki, bütün damların ən yüksək vəziyyətdə olduğu – anbarların tam dolduğu müşahidə olunur”.

Nəşr bu vəziyyəti belə izah edir:

“İran ölkənin daxili bölgələrindən mümkün qədər çox nefti dənizdəki tankerlərə ötürməyə çalışır və Xark adasındakı neft anbarı bu prosesdə aralıq məntəqə rolunu oynayır. Əgər neft okean tankerinə yüklənə bilsə, bu, Tehrana hələ bir müddət maliyyə axınının davam etməsini təmin edəcək.

TankerTrackers.com saytının məlumatına görə, İsrailin İrana zərbələr endirməyə başladığı beş gün ərzində İranın gündəlik neft ixrac həcmi əvvəlki norma ilə müqayisədə 44% artıb.

Xark adasındakı neft terminalı İsrailin mümkün zərbəsi üçün həssas hədəf olduğundan, neft tanker gəmiləri adaya yaxınlaşmaqdan çəkinir. Yalnız onların yüklənmə növbəsi çatanda sürətlə terminala yaxınlaşır və orada mümkün qədər az vaxt keçirməyə çalışır”.

İranın yenidən güclənməsindən ehtiyat olunur

İranın yenidən güclənməsindən ehtiyat olunur

Dünya
04 fevral 2026 265 baxış
Suriyada hökumət qüvvələri Qamışlıya daxil oldu

Suriyada hökumət qüvvələri Qamışlıya daxil oldu

Dünya
04 fevral 2026 265 baxış
Apreldə insanlar üzərində bu sınaqlara başlanılacaq

Apreldə insanlar üzərində bu sınaqlara başlanılacaq

Dünya
04 fevral 2026 265 baxış
Ağ Evdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama

Ağ Evdən ABŞ-İran danışıqları ilə bağlı açıqlama

Dünya
04 fevral 2026 265 baxış
Naməlum yaraqlılar Qəddafinin oğluna hücum etdi

Naməlum yaraqlılar Qəddafinin oğluna hücum etdi

Dünya
04 fevral 2026 265 baxış
Ukraynanın enerji sistemi vuruldu, insanlar işıqsız qaldı

Ukraynanın enerji sistemi vuruldu, insanlar işıqsız qaldı

Dünya
04 fevral 2026 265 baxış
ABŞ və Litvanın “HIMARS” təlimləri

ABŞ və Litvanın “HIMARS” təlimləri

Dünya
04 fevral 2026 265 baxış
Güclü yağışlar torpaq sürüşməsinə səbəb olub | Kolumbiya

Güclü yağışlar torpaq sürüşməsinə səbəb olub | Kolumbiya

Dünya
04 fevral 2026 265 baxış
İlk uçuş sınaqları uğurlu alınıb

İlk uçuş sınaqları uğurlu alınıb

Dünya
04 fevral 2026 265 baxış
ABŞ-İran gərginliyi artır? | "Şahed-139" "Abraham Lincoln" gəmisinə doğru manevr edib" - Baku TV

ABŞ-İran gərginliyi artır? | "Şahed-139" "Abraham Lincoln" gəmisinə doğru manevr edib" - Baku TV

Dünya
04 fevral 2026 265 baxış
Seçilmişlər
icon