Pleyeri seçin:

Ukraynanın enerji sistemi vuruldu, insanlar işıqsız qaldı

04 fevral 2026 141 baxış

“Rusiya ABŞ-nin təklif etdiyi şərtləri pozur”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə NATO-nun Baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, bir həftəlik enerji infrastrukturuna qarşı atəşkəsi Rusiya cəmi bir gün sonra pozdu. Bu, Kremlin baş verən hər bir məsələyə real münasibətidir.

“Hamı hava şəraitini görür. Qışın ən çətin günləridir. İlk növbədə enerji infrastrukturuna zərbələr vurulur ki, insanları elektrik enerjisi imkanından məhrum etsinlər, məhvə sürükləsinlər. Ukrayna bu məsələ ilə bağlı ABŞ ilə əlaqə saxlayır. Ümidvaram ki, tərəfdaşlar bu dəfə kənarda qalmayacaq və bundan sonra ölkənin və onun vətəndaşlarının müdafiəsi üçün vacib dəstəyi göstərəcəklər”, – Zelenski vurğulayıb.

NATO-nun Baş katibi Mark Ruttenin sözlərinə görə, müttəfiqlər Ukraynanın silah ehtiyacını tam olaraq ödəyəcəklər:

“Hazırda müttəfiqlərin üçdə ikisi PURL proqramında iştirak edir. Lakin həqiqətən maliyyə yükünün bölüşdürülməsi problemi var. Amma bu, həll olacaq. Ukraynanın ABŞ-də silah alınması üçün istifadə olunan PURL proqramının maliyyələşdirilməsinə tələb olunan 15,5 milyard dollar mütləq təmin ediləcək”.

Qeyd edək ki, Rusiya ilin əvvəlindən bəri Ukraynanın enerji sisteminə ən güclü zərbəni endirib. Nəticədə Ukraynanın çox sayda enerji istehsalı və paylanması obyektləri zərər görüb, ölkə üzrə enerji sistemi ciddi məhdudiyyətlərlə işləyir. Onminlərlə insan işıqsız qalıb.

ABŞ ilə əməkdaşlıq kimləri “qara qızıl”dan məhrum edəcək?

ABŞ ilə əməkdaşlıq kimləri “qara qızıl”dan məhrum edəcək?

Dünya
10 mart 2026 141 baxış
“Çelsi”nin satışından əldə olunan 5 milyarda yaxın vəsaitlə bağlı qalmaqal

“Çelsi”nin satışından əldə olunan 5 milyarda yaxın vəsaitlə bağlı qalmaqal

Dünya
10 mart 2026 141 baxış
Trampdan İrana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI

Trampdan İrana daha bir sərt xəbərdarlıq - Baku TV CANLI

Dünya
10 mart 2026 141 baxış
2032-ci il üçün gözləntilər qəti şəkildə təkzib edildi

2032-ci il üçün gözləntilər qəti şəkildə təkzib edildi

Dünya
10 mart 2026 141 baxış
"Qudzon möcüzəsi"nin səbəbkarı | Kapitan Sallinin qərarı onu necə qəhrəmana çevirdi? - ARAŞDIRMA

"Qudzon möcüzəsi"nin səbəbkarı | Kapitan Sallinin qərarı onu necə qəhrəmana çevirdi? - ARAŞDIRMA

Dünya
10 mart 2026 141 baxış
“Qara siyahı”ya salınma cəhdi süni intellekt şirkətini özündən çıxardı

“Qara siyahı”ya salınma cəhdi süni intellekt şirkətini özündən çıxardı

Dünya
10 mart 2026 141 baxış
Fars Körfəzində böyük gərginlik | "Tomahawk" raketləri İranı hədəf alır - Baku TV

Fars Körfəzində böyük gərginlik | "Tomahawk" raketləri İranı hədəf alır - Baku TV

Dünya
10 mart 2026 141 baxış
İranla müharibədə istifadə edilən ABŞ raketlərinin buraxılışından görüntülər

İranla müharibədə istifadə edilən ABŞ raketlərinin buraxılışından görüntülər

Dünya
10 mart 2026 141 baxış
Peruya yağan güclü yağış fəsadlar yaratdı

Peruya yağan güclü yağış fəsadlar yaratdı

Dünya
10 mart 2026 141 baxış
"2600-dən çox vətəndaşımız ölkəyə qayıdır" | Entoni Albaniz

"2600-dən çox vətəndaşımız ölkəyə qayıdır" | Entoni Albaniz

Dünya
10 mart 2026 141 baxış
Seçilmişlər
icon