Pleyeri seçin:

İrana 10 gün vaxt verildi | Trampın son açıqlaması gündəmi silkələdi - Baku TV

27 mart 2026 16 baxış

Ağ Ev lideri Donald Tramp hesab edir ki, ABŞ İranla qarşıdurmada artıq tam qələbə qazanıb.

Tramp bu barədə "Fox News" telekanalının canlı yayımında bildirib.

"Biz artıq qələbə qazanmışıq. Hərbi baxımdan bu müharibədə tamamilə qalib gəlmişik", – deyə Vaşinqton administrasiyasının rəhbəri ABŞ-İsrail birgə əməliyyatından danışarkən qeyd edib.

Bundan əlavə, telefon bağlantısı ilə canli yayıma qoşulan Amerika lideri İranın enerji sektoru obyektlərinə zərbələrin endirilməsinin 10 gün müddətinə dayandırılması barədə qərarını bir daha təsdiqləyib.

"Onlar maraqlandılar: "Bu, Buşehrdəki elektrik stansiyasına da şamil edilirmi? Axı məlum olduğu kimi, onların atom elektrik stansiyası var", – deyə Tramp təfərrüatları açıqlamadan bildirib.

Bununla yanaşı, Prezident əlavə edib ki, İran tərəfi guya "yeddi gün istəyib", o isə "İrana 10 gün verməyə" razılaşıb.

Qeyd edək ki, Donald Tramp "Truth Social" hesabında İranın enerji obyektlərinə zərbələrin daha 10 gün müddətinə dayandırılması barədə göstəriş verdiyini yazıb.

"İran hökumətinin xahişi ilə enerji obyektlərinin məhv edilməsi mərhələsini 10 gün müddətinə – bazar ertəsi, 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a qədər dayandırıram. Danışıqlar davam edir və yalançı media və digərləri tərəfindən iddia edilən fikirlərə baxmayaraq, danışıqlar çox yaxşı gedir", – deyə Tramp qeyd edib.

İran BMT-ni beynəlxalq hüququ pozan dövlətlərin məsuliyyətə cəlb olunmasında israr etməyə çağırıb

İran BMT-ni beynəlxalq hüququ pozan dövlətlərin məsuliyyətə cəlb olunmasında israr etməyə çağırıb

Dünya
27 mart 2026 16 baxış
Tramp tarixə düşəcək | Bu qərarla dünyaya hansı mesaj verilir?

Tramp tarixə düşəcək | Bu qərarla dünyaya hansı mesaj verilir?

Dünya
27 mart 2026 16 baxış
Lavrov: "Trampın beynəlxalq hüquqa məhəl qoymaması qəbul edilə bilməz"

Lavrov: "Trampın beynəlxalq hüquqa məhəl qoymaması qəbul edilə bilməz"

Dünya
27 mart 2026 16 baxış
İrandan gözlənilməz gediş: Tramp dünyaya nəyi elan etdi? - Baku TV

İrandan gözlənilməz gediş: Tramp dünyaya nəyi elan etdi? - Baku TV

Dünya
27 mart 2026 16 baxış
İrana hücumla bağlı 4 ssenari | ABŞ nəyə hazırlaşır? - Baku TV CANLI

İrana hücumla bağlı 4 ssenari | ABŞ nəyə hazırlaşır? - Baku TV CANLI

Dünya
27 mart 2026 16 baxış
Psixoloqlar 2026-cı ilin trendini açıqladılar

Psixoloqlar 2026-cı ilin trendini açıqladılar

Dünya
27 mart 2026 16 baxış
Yaddaşı inkişaf etdirən üsullar

Yaddaşı inkişaf etdirən üsullar

Dünya
27 mart 2026 16 baxış
Kallas ölkələri Rusiyaya təzyiq göstərməyə çağırdı

Kallas ölkələri Rusiyaya təzyiq göstərməyə çağırdı

Dünya
27 mart 2026 16 baxış
Venesuelada Maduro ilə bağlı aksiya

Venesuelada Maduro ilə bağlı aksiya

Dünya
27 mart 2026 16 baxış
Qocalmanı necə ləngitmək olar?

Qocalmanı necə ləngitmək olar?

Dünya
27 mart 2026 16 baxış
Seçilmişlər
icon