İrandan yeni qərar | Hörmüz boğazı kimlər üçün açıldı? - Baku TV
“İran Hörmüz boğazından yalnız dost ölkələrin gəmilərinin keçidinə icazə verib”.
Bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Onun sözlərinə görə, bu ölkələr sırasında Rusiya, Hindistan, İraq, Çin və Pakistan yer alır.
“Biz dost hesab etdiyimiz ölkələrin gəmilərinə Hörmüz boğazından keçidə icazə vermişik. Rəqiblərimizin bu marşrutdan istifadə etməsinə isə ehtiyac görmürük”, – deyə nazir bildirib.
O həmçinin ABŞ və İsrailin İrana qarşı planlarının iflasa uğradığını bildirib. Onun sözlərinə görə, qarşı tərəf ölkəni parçalamaqda, qələbə qazanmaqda və milli birliyi sarsıtmaqda uğur əldə edə bilməyib.
Xarici işlər naziri onu da əlavə edib ki, İran hazırda heç bir danışıq aparmır və bu istiqamətdə çağırışları qəbul etmir. Onun sözlərinə görə, hazırda danışıqlardan bəhs edilməsi qarşı tərəfin zəiflədiyini göstərir.
“Əgər əvvəllər qeyd-şərtsiz təslimiyyət tələb edilirdisə, indi danışıqlardan danışmaları məğlubiyyətin etirafıdır”, – deyə o vurğulayıb.
Nazir əlavə edib ki, atəşkəs yalnız zəmanətlərlə mümkündür, əks halda münaqişə yenidən alovlana bilər. “Zəmanətsiz atəşkəs müharibənin təkrarına gətirib çıxarır”, – deyə Əraqçi bildirib.
#İran Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Rəsmi Tehranla Vaşinqton arasında danışıqlar bərpa olunacaq? - Baku TV
- Əraqçi İranın ABŞ qarşısında şərtlərini açıqladı - Baku TV CANLI
- Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar hazırlanacaq? - Baku TV CANLI
- İran XİN nümayəndəsi Bəqai bu ölkəyə sərt xəbərdarlıq etdi
- ABŞ Prezidenti İranın Xarq adasından danışdı
