Pleyeri seçin:

İrəvanın Rusiyaya yaxınlığı İranı narahat edir | Rəisidən sərt sözlər

21 fevral 2024 551 baxış

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın başçılıq etdiyi nümayəndə heyətinin İrana sonuncu səfəri gərgin atmosferdə keçib.

Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, fevralın 14-də baş tutan səfər zamanı Tehran İrəvanın Rusiyanın Ermənistandakı mövcudluğuna son qoyma cəhdlərindən və Qərbə yaxınlaşmasından narazılığını ifadə edib.

Nəşrin iddiasına görə, İran Prezidenti İbrahim Rəisi Ermənistan nümayəndə heyətinin üzvləri ilə görüşündə İrəvana xəbərdarlıq edib və bildirib ki, İran regionda xarici qüvvələrin olmasına imkan verməyəcək.

Qeyd olunub ki, Ermənistan Rusiya ilə müttəfiqlikdən imtina edəcəyi təqdirdə İran bu ölkənin təhlükəsizliyini təmin etməyi təklif edib. Müəllifin sözlərinə görə, Tehran Zəngəzurda İrana məxsus hərbi bazanın qurulması təklifini də irəli sürüb. Rəsmi Tehran ultimatumu gizlətməyib.

İran Prezidentinin rəsmi saytında belə erməni nümayəndələrlə görüşlə bağlı açıqlamada İ.Rəisinin sözlərindən sitat gətirilib:

“Biz problemlərin həlli bəhanəsi ilə regionda kənar şəxslərin olması ilə razılaşmırıq və inanırıq ki, onların mövcudluğu nəinki problemi həll etməyəcək, əksinə, xalqlar və hökumətlər üçün daha böyük problemə çevriləcək”.

Xatırladaq ki, fevralın 14-də Tehranda 18-ci Ermənistan-İran hökumətlərarası komissiyasının iclası keçirilib. Tərəflər ticarət dövriyyəsini ildə 3 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Ərdoğan BMT-ni Fələstinə qarşı haqsızlıqda qınadı

Dünya
22 sentyabr 2026 551 baxış
Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Moskvanın İrəvandakı əsas nümayəndəsi ilə bağlı diqqətçəkən iddia yayılıb - ANA XƏBƏR

Dünya
22 sentyabr 2026 551 baxış
185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

185 km/s-dən 600 km/s-ə: Rusiyanın “qanadlı ölüm”ü müharibə meydanını necə dəyişir? - HƏRBİ XRONİKA

Dünya
22 sentyabr 2026 551 baxış
Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 551 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 551 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 551 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 551 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 551 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 551 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 551 baxış
Seçilmişlər
icon