İsraillə məxfi anlaşma | Moskva Tehrana hərbi dəstək göndərəcək?
"ABŞ-nin müdaxiləsi İran-İsrail münaqişəsinin coğrafiyasının genişlənməsinə, eləcə də eskalasiyanın yeni fazasına gətirib çıxaracaq".
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O həmçinin qeyd edib ki, İsrail İranda "Buşehr" AES-də işləyən rusiyalı mütəxəssislərin təhlükəsizlikdə qalacağına söz verib.
"Elə dünən Rusiya Prezidenti Vladimir Putin xatırlatdı ki, İsrail ilə anlaşma var və "Buşehr"də işləyən mütəxəssislərimiz zərbə altında olmayacaqlar", ‒ deyə Kreml nümayəndəsi əlavə edib.
Dmitri Peskov vurğulayıb ki, Moskva İran-İsrail münaqişəsində vasitəçilik üçün böyük potensiala malikdir. Çünki hər iki ölkə ilə münasibətlərin sabitliyi qorunur. O qeyd edib ki, Rusiya-İran strateji tərəfdaşlıq müqaviləsində hərbi dəstək nəzərdə tutulmur.
#Rusiya teqi istifadə olunub
- Məktəbdə qan tökən 9-cu sinif şagirdi barədə təcili xəbər
- Türkiyə 2017-ci ildə Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini geri qaytarmaq istəyir
- Aİ Rusiya əleyhinə olan yeni qanun layihəsini təsdiqləyib
- Putindən SSRİ və Yuqoslaviya barədə açıqlama
- Fətəli xanın Rusiyaya müraciəti siyasətdə nəyi dəyişdi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI
