Kiyev Rusiyanı dəstəkləyənlərə qarşı sanksiyaları sərtləşdirdi
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və onu dəstəkləyənlərə qarşı sanksiya tətbiq edilməsi haqqında fərmanı imzalayıb.
Bu barədə Ukrayna Prezidenti özünün "Telegram" kanalında yazıb.
"Sanksiya tətbiqini davam etdiririk. Bu gün iki fərman imzaladım. Birincisi, Ukraynada tərəfdaşların, xüsusilə Kanadanın sanksiyalarının sinxronizasiyası. Bu, Rusiyanın döyüş əməliyyatlarını dəstəkləyən 139 fiziki və hüquqi şəxsə qarşı Kanada tərəfindən tətbiq olunan sanksiyaların 100 % sinxronizasiyasıdır", – deyə paylaşımda bildirilib.
Rusiyaya müharibəni davam etdirməyə kömək edən hər kəsin dünya ictimaiyyətinin real təzyiqini öz üzərində hiss etməli olduğunu vurğulayan V.Zelenski qeyd edib:
"Bu gün imzaladığım ikinci fərman torpaqlarımızda işğal rejimini davam etdirməkdə ruslara kömək edən və faktiki olaraq Rusiya dövlətini maliyyələşdirən müxtəlif ölkələrin 28 vətəndaşına qarşı sanksiyadır".
#Volodimir Zelenski teqi istifadə olunub
- Zelenskidən İran xalqına azadlıq çağırışı
- Aİ liderləri Viktor Orbanla yeni danışıqlar aparmaq istəyir
- Zelenski Aİ-nin 90 milyard avroluq qərarına sərt reaksiya verə bilər
- VI Felipe Madriddə Zelenskini qəbul edib
- Millət vəkillərinin səfərbərliyə cəlbi gündəmdə | Zelenski kritik qərarı verəcəkmi? - Baku TV
