Pleyeri seçin:
Kobaxidzedən Gürcüstanda baş verənlərlə bağlı mühüm açıqlamalar
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə dövlət çevrilişinə cəhdin ekstremist qrupların 500 agenti tərəfindən həyata keçirildiyini bəyan edib. O, artıq media və qeyri-hökumət təşkilatlarını inqilabın əsas alətləri adlandırıb və bu 500 nəfərin xarici xüsusi xidmət orqanlarının agentləri olduğunu iddia edib. Kobaxidze həmçinin keçmiş Prezident Salome Zurabişvilini "xüsusi hazırlanmış xarici agent" adlandıraraq, hökumətin yeni çevriliş cəhdlərini gözləməyəcəyini vurğulayıb.
Kopyalandı
