Kosmik "göy qurşağı" müşahidə edildi | Zodiakal işıq necə əmələ gəlir
NASA-nın Günəşi araşdırmaq məqsədilə orbitə göndərdiyi PUNCH missiyası zamanı kosmik "göy qurşağı" müşahidə olunub.
Oxu.Az bu barədə "Space" portalına istinadla xəbər verir. Missiyanın ilk görüntüləri artıq təqdim olunub.
"WFI-2" cihazı ilə çəkilmiş fotoda zəif parıltı qırmızıdan yaşıl və sonra mavi rəngə çevrilir. Bu, əsl göy qurşağı deyil, işığın fərqli dalğa uzunluqlarını əks etdirən texniki görüntüdür.
NFI cihazı Günəşin parlaq işığını bloklayaraq, Ayın onun qarşısından keçdiyi anı da qeydə alıb.
WFI kameraları həm də məşhur ulduz qrupları olan "Giadalar", "Pleyadalar" və "Andromeda" qalaktikasını lentə alıb.
Qeyd edək ki, PUNCH missiyası dörd kiçik peykdən ibarətdir və Günəşin xarici təbəqəsi ‒ tacla Günəş küləyini tədqiq edir. Kosmik "göy qurşağı" Günəş işığının kosmosdakı toz hissəciklərindən səpələnməsi ilə yaranan və "zodiakal işıq" adlanan optik hadisədir.
#Kosmos tədqiqatları teqi istifadə olunub
