Siyasət
Pleyeri seçin:

Livan və İsrail müharibəsinin yenidən başlamasının əsas səbəbi

04 dekabr 2024

Yaxın Şərqdə yaralar qaysaqlamağa hazırlaşır deyə düşünən kimi növbəti gərginlik yaşanır.

Belə ki, İsrail və Livan arasında sonu görünməyən qarşıdurma 6 gün əvvəl əldə edilən və 60 günlüyə nəzərdə tutulan atəşkəs razılaşması ilə heç gözlənilməyən formada dayanmışdı. Ən azından dayanacağına ümid edilirdi.

ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının Livanın cənubundan çıxarılmasını və “Hizbullah”ın ağır silahlarının Litani çayının şimalına çəkilməsini də əhatə edirdi.

İsrail hökumətinə yaxın mənbələr ABŞ Prezidenti Co Baydenin atəşkəsə görə Benyamin Netanyahuya ciddi təzyiq göstərdiyini, bu səbəbdən daha çox israilyönümlü olan Donald Trampın Ağ Evə gəlişinədək B.Netanyahunun 2 aylıq fasiləyə razılıq verdiyini iddia edirdilər.

Lakin tərəflər təəccübləndirməyib, noyabrın 2-də “Hizbullah” atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın cənub-şərqindəki Kfar Şuba kəndi ərazisindən İsrail Ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb.

Hərəkat qeyd edib ki, bu, “İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına” cavabdır. Qruplaşmanın addımına qarşılıq olaraq İsrail də “Hizbullah”ın mövqelərini atəşə tutub.

Mütəxəssislər düşünürlər ki, “Hizbullah”la İsrail arasında atəşkəsin pozulması Suriya cəbhəsində gərginliyin intensivləşməsi ilə bağlıdır.

Atəşkəs insan faciələrinin qarşısını almaq üçün uğurlu addım sayılsa da, İsrail həm də beynəlxalq aləmdə yaranmış neqativ imicini düzəltməyə çalışırdı.

Üstəlik, ekspertlər düşünürlər ki, Təl-Əviv “Hizbullah”ı oyundankənar vəziyyətə salmaqla bütün gücünü HƏMAS-a qarşı yönəldəcəkdi. Lakin indi bir neçə cəbhədə döyüşmək məcburiyyəti yaranıb. Siyasi dairələri ən çox maraqlandıran sual isə budur.

"Pantsir-S" raket sistemi necə işləyir? | Düşmənin hava hücumlarına qarşı…

"Pantsir-S" raket sistemi necə işləyir? | Düşmənin hava hücumlarına qarşı…

Siyasət
26 dekabr 2024
Təyyarəni Rusiya vurub? | BAKU ANALİTİK

Təyyarəni Rusiya vurub? | BAKU ANALİTİK

Siyasət
26 dekabr 2024
Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edildi | Detallar üzə çıxdı

Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edildi | Detallar üzə çıxdı

Siyasət
26 dekabr 2024
Qazaxıstanlı nazir təyyarə qəzasının təfərrüatını açıqladı | Təyyarə sahil xəttinə yönəlib və…

Qazaxıstanlı nazir təyyarə qəzasının təfərrüatını açıqladı | Təyyarə sahil xəttinə yönəlib və…

Siyasət
26 dekabr 2024
Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Əliyev ilk dəfə detalları açıqladı, Paşinyan çətin vəziyyətə düşdü | QƏRBİ AZƏRBAYCAN XRONİKASI

Siyasət
26 dekabr 2024
Dövlət başçıları təyyarə qəzası ilə bağlı dərin təəssüf hisslərini bölüşüblər

Dövlət başçıları təyyarə qəzası ilə bağlı dərin təəssüf hisslərini bölüşüblər

Siyasət
26 dekabr 2024
"Embraer 190" qəzalarında həlak olanların sayı | Qandonduran faktlar üzə çıxdı

"Embraer 190" qəzalarında həlak olanların sayı | Qandonduran faktlar üzə çıxdı

Siyasət
26 dekabr 2024
Hansı ölkə liderləri Azərbaycana başsağlığı verdi? | Detallar açıqlandı

Hansı ölkə liderləri Azərbaycana başsağlığı verdi? | Detallar açıqlandı

Siyasət
26 dekabr 2024
Təyyarə qəzasında həlak olanlar belə yad edildi | Ukraynadan görüntülər

Təyyarə qəzasında həlak olanlar belə yad edildi | Ukraynadan görüntülər

Siyasət
26 dekabr 2024
Həmzət Kadırov hücum faktını təsdiqlədi | "Caliber.Az" sensasiyalı məlumat yaydı

Həmzət Kadırov hücum faktını təsdiqlədi | "Caliber.Az" sensasiyalı məlumat yaydı

Siyasət
26 dekabr 2024
Seçilmişlər
icon