Lukaşenko xəbərdarlıq etdi | Dil məsələsi ciddi gərginliyə səbəb olacaq?
Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, ölkədə dil problemi gündəmə gətirilsə, gərginlik olacaq.
“BelTA” xəbər verir ki, Lukaşenkoya görə, hər hansı bir dildən istifadə ilə bağlı istənilən hərəkət son dərəcə diqqətli və balanslı olmalıdır.
Lukaşenko Milli Birlik Gününə həsr olunmuş tədbirdəki çıxışında deyib: “Allah bizə dil problemini qaldırmağı nəsib etməsin, problem olacaq”.
Lukaşenko rus dilini Belarus dilindən qat-qat yaxşı bildiyini etiraf edib: “Əgər Belarus dili rus dilindən geri qalırsa, biz bu məsələni sakit şəkildə həll etməliyik”.
Belarus Prezidenti qeyd edib ki, dil problemi Ukrayna münaqişəsinin çoxsaylı səbəblərindən biridir:
“Ölkənin bütün sakinləri ilə məsləhətləşmədən rus dilindən istifadəni zorla məhdudlaşdırmağa cəhdlər edilib. Bir çox proseslər Vaşinqtonun təsiri altında baş verib. Bu məsələni ABŞ nümayəndələri ilə görüşdə müzakirə etmişəm. Niyə insanlara rus dilində danışmaq qadağan edilir? Mən amerikalılardan soruşuram: niyə belə etdiniz? Başa düşürsən ki, bu səhvdir? Heç bir səbəb olmadan insanları qəzəbləndirirsən. Qoy bu nəsil rusca danışsın”.
#Aleksandr Lukaşenko teqi istifadə olunub
- Putin masanı yenidən qurur | Bişkekdən gələn mesajlar müharibənin...
- Lukaşenko Qırğızıstanın keçmiş prezidentinin Minskdəki həyatı barədə danışdı
- Lukaşenkodan Zelenskiyə müharibə ilə bağlı xəbərdarlıq - CANLI
- “Belarusda yerləşdirilən “Oreşnik” raketləri Ukraynanın müdafiə risklərini artırır” | "Forbes" nəşri
- “Vəziyyət çox ağırdır” | Lukaşenkonun müharibə barədə açıqlaması gündəmi silkələdi
