Macarıstan bu qərarı absurd hesab etdi | Netanyahudan mühüm açıqlama
2025-ci ilin aprelin 3-də Macarıstan ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması üçün fəaliyyətə başlayacaq.
Buna səbəb olaraq təşkilatın siyasi qərarlar qəbul etməsi göstərilib.
Eyni zamanda məhkəmənin İsrailin Baş naziri Benyamin Netanyahunun həbsinə dair qərarı absurd adlandırılıb.
Netanyahu Budapeştin mövqeyinə görə macarıstanlı həmkarı Viktor Orbana təşəkkür edib:
“Siz Avropa İttifaqında da, Birləşmiş Millətlər Təşkilatında da bizim yanımızdasınız. Mən Beynəlxalq Cinayət Məhkəməsi ilə bağlı cəsarətli və prinsipial mövqeyinizi dəstəkləyirəm və bunun üçün sizə təşəkkür edirəm. Bu addım yalnız bizim üçün yox, o cümlədən bütün demokratiyalar üçün vacibdir. Korrupsiya içində üzən təşkilatın qarşısında durmaq çox önəmlidir. Bu addımınız yalnız İsraildə deyil, digər ölkələr tərəfindən də yüksək qiymətləndiriləcək”.
Qeyd edək ki, Benyamin Netanyahu hazırda Macarıstanın paytaxtı Budapeştdə səfərdədir. O, Beynəlxalq Cinayət Məhkəməsinin barəsində çıxardığı həbs qərarına baxmayaraq, səfərini həyata keçirib.
