Pleyeri seçin:

Maduro devrildi, spiker Pezeşkianı hədəf göstərdi

05 yanvar 2026 188 baxış

“İranlılar illərdir teokratik rejimin reallığı təhrif etmək strategiyasını yaxşı tanıyırlar, artıq xalq buna aldanmır”.

Bu barədə İtaliyanın “Corriere della Sera” nəşri İranda davam edən etiraz aksiyaları barədə təhlilində bildirib.

“Bu səbəbdən polis qüvvələrinin komandanı Əhməd Rza Radan “son iki gecə ərzində xalqı təhrik edən liderlərin məqsədyönlü həbsinə başlanılıb” deyəndə heç kim təəccüblənmir”, – nəşr yazıb.

Təhlildə qeyd edilib ki, İran küçələrində xalqın cəsarətli yürüşləri davam edərkən diqqət ABŞ Prezidenti Donald Trampın Venesuela diktatoru Nikolas Maduronu həbs etdirməsinə fokuslanıb:

“İran daxili və xaricində sual yaranır: Tramp İslam Respublikası rəhbərlərinə qarşı oxşar əməliyyat düşünürmü? Xüsusilə bu, bir neçə saat əvvəl “Delta” Xüsusi Təyinatlı Qüvvələrinin helikopterlərlə Karakasa enişindən əvvəl edilən hədələrdən sonra aktualdır. İsraillə 12 günlük müharibədə olduğu kimi, bəziləri belə bir müdaxilənin olmasını arzulayır, digərləri isə yalnız daxili inqilabın diktaturanı devrə biləcəyinə inanır.

Küçə və meydanlar insanlarla dolarkən İslam Respublikasının hakimiyyət piramidası etirazları əngəlləmək üçün vədlərlə çıxış edir: əlavə pul çap etmək, qiymət artımının qarşısını almaq və bir-iki naziri qurban vermək. Parlamentin radikal sədri Məhəmməd Baqir Qalibaf isə ölkədəki iqtisadi fəlakəti islahatçı Prezident Məsud Pezeşkianın yumşaqlığının nəticəsi hesab edir. Məsud Pezeşkian isə cavab olaraq radikalları ABŞ ilə nüvə danışıqlarını pozmaqda və sanksiyaların əsas səbəbi olmaqda günahlandırıb”.

Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama

Müctəba Xameneinin harada olduğu barədə rəsmi açıqlama

Dünya
17 mart 2026 188 baxış
İsrailin müdafiə nazirindən açıqlama | İran Laricaninin ölümünü təsdiqləmir - Baku TV

İsrailin müdafiə nazirindən açıqlama | İran Laricaninin ölümünü təsdiqləmir - Baku TV

Dünya
17 mart 2026 188 baxış
Bolton: "İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq"

Bolton: "İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq"

Dünya
17 mart 2026 188 baxış
Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Trampdan sensasiyalı açıqlama! | Hansı ölkələr ABŞ-yə dəstək verəcək? - Baku TV

Dünya
17 mart 2026 188 baxış
Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Benyamin Netanyahu İrana sərt xəbərdarlıq etdi - Baku TV CANLI

Dünya
17 mart 2026 188 baxış
ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

ABŞ-ni İran məsələsində Avropa niyə dəstəkləmir? | Savaşın gedişatında dilemma - Baku TV

Dünya
17 mart 2026 188 baxış
İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

İsrail Əli Laricaninin öldürülməsi əməliyyatının təfərrüatlarını açıqladı - Baku TV

Dünya
17 mart 2026 188 baxış
Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Erməni politoloqdan iddia: Rusiya keçiriləcək seçkilərə 100 milyon dollar ayırdı - AKTUAL GÜNDƏM

Dünya
17 mart 2026 188 baxış
“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

“Paşinyanı qorumaq üçün Ermənistana xüsusi qrup göndərilir” | Kaya Kallas

Dünya
17 mart 2026 188 baxış
Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Oğlu və həyat yoldaşı həlak olan Müctəba Xamenei necə sağ qaldı? - Baku TV CANLI

Dünya
17 mart 2026 188 baxış
Seçilmişlər
icon