Makron bu dəfə susdu | Fransalı siyasətçilər niyə İsrailə buraxılmadı?
İsrail 27 fransız deputat və senatorunun vizasını ləğv edib. Bu barədə “Le Figaro” məlumat yayıb.
Bildirilib ki, aprelin 20-dən 24-dək İsrail və Fələstin ərazisinə səfər etməli olan 27 fransız solçu deputatın vizaları səfərə 48 saat qalmış ləğv edilib.
İsrailin Daxili İşlər Nazirliyi də vizaların ləğvi xəbərini təsdiq edib. Fransa lideri Emmanuel Makron isə olaya münasibət bildirməyib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron İsrail hakimiyyətini narahat edən bəyanatla çıxış etmişdi. O bildirmişdi ki, bəzi ölkələr Birləşmiş Millətlət Təşkilatı konfransında Fələstin dövlətini tanımaq niyyətindədir. Bu açıqlamanın narazılıqlara səbəb olmasından sonra Makron 1-ci bəyanatına “HƏMAS-sız Fələstin dövləti” əlavəsini edib. İsrailin Baş naziri Benyamin Netanyahu isə deyəsən, Makronun səmimiliyinə inanmayıb. Yoxsa fransalı siyasətçilər sanksiya ilə üzləşməzdilər.
#Fransa teqi istifadə olunub
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Xəstəliklə bağlı iribuynuzlu heyvanların kütləvi kəsiminə qərar verilib
- ABŞ-nin gizli strategiyası Fransada qalmaqal yaratdı - Baku TV
- Rusiyadan Ukraynaya növbəti hücum | Sənaye mərkəzi vuruldu - Baku TV
