Makron və Rütte “İstəklilər koalisiyası”nın fəaliyyətində əldə olunan irəliləyişi qeyd ediblər
Fransa Prezidenti Emmanuel Makron NATO-nun Baş katibi Mark Rütte ilə danışıqlar aparıb.
Makron bu barədə "X"də yazıb.
"Ukraynadakı vəziyyəti və "istəklilər koalisiyası" çərçivəsində görülən işlərin gedişatını müzakirə etmək üçün Mark Rütte ilə danışdım", – deyə o qeyd edib.
Makron həmçinin Avropa ölkələrinin Rusiya–Ukrayna münaqişəsinin həlli çərçivəsində Ukraynaya dəstəyini davam etdirmək planlarından söz açıb.
"Yanvarın əvvəlindən etibarən Parisdə Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi üçün səylərimizi davam etdirəcəyik. Bu zəmanətlər möhkəm və uzunmüddətli sülhün əldə olunması üçün zəruri şərtdir. Rusiya öz təcavüzünü davam etdirdiyi halda, Ukrayna da mübarizə aparır və dözümlülük göstərir. O, hazırda və gələcəkdə bizim sarsılmaz dəstəyimizə arxalana bilər", – deyə Makronun paylaşımında qeyd olunub.
#Emmanuel Makron teqi istifadə olunub
- Fransa ABŞ-nin təkbaşına danışıqlar aparmasını niyə qəbul etmir? - Baku TV
- Makrondan Putinlə bağlı sensasiyalı açıqlama
- Makronun Putinlə bağlı açıqlamasına Tbilisidən reaksiya
- “Meta” Fransada hərbi çevrilişlə bağlı saxta videonu silməkdən imtina edib
- Avropa ölkələri Rusiya aktivlərinin müsadirəsi ilə bağlı razılığa gəlib
