Mədənçiləri daşıyan avtobus dron hücumuna məruz qaldı | Ukrayna
Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad rayonuna dron hücumu nəticəsində 15 nəfər həlak olub, daha 7 nəfər yaralanıb.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja öz "Telegram" kanalında məlumat paylaşıb.
"Rusiya Ordusu Pavloqrad rayonundakı müəssisələrdən birinə məxsus xidməti avtobusun yaxınlığına PUA ilə zərbə endirib. İlkin məlumata görə, 15 nəfər həlak olub, daha 7 nəfər xəsarət alıb", – deyə paylaşımda bildirilir.
Ukrayna Müstəqil Mədənçilər Həmkarlar İttifaqının sədri Mixail Volınets dəqiqləşdirib ki, Rusiya qoşunları kömür hasilatı müəssisəsini, həmçinin növbə dəyişməsini həyata keçirən mədən işçilərinin avtobusunu hücuma məruz qoyub.
Hücum zamanı dörd "Şahed" tipli drondan istifadə olunub. Bildirilib ki, dronlardan biri növbədən sonra mədənçiləri müəssisədən daşıyan xidməti avtobusu hədəf alıb.
Qeyd edək ki, hücum Prezident Volodimir Zelenskinin bu həftə ABŞ-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya arasında üçtərəfli danışıqların ikinci raundunun keçiriləcəyini elan etməsindən bir neçə saat sonra baş verib.
#Dron hücumu teqi istifadə olunub
- Müharibənin şiddəti daha da artdı | Donetskdə dəhşətli gecə - Baku TV
- Tərəflər arasında şiddətli döyüşlər davam edir
- Ukrayna Rusiyanın neft tankerlərinə dron zərbələri endirdi - Baku TV CANLI
- Rusiya vilayətlərinə dron hücumu | Müharibədə kritik vəziyyət - Baku TV CANLI
- Ukrayna dronlarla Moskvanı hədəfə aldı | Hücumlarla bağlı təcili xəbərdarlıq - Baku TV
