Pleyeri seçin:

Mərasimlərlə bağlı yeni qadağalar | Qaydaları pozanları nə gözləyir?

25 iyun 2024 235 baxış

Tacikistanda toy və yas mərasimlərinin keçirilməsi qaydalarının pozulmasına görə cərimələr artırılıb.

Tacikistanda İnzibati Xətalar Məcəlləsinə müxtəlif bayram və mərasimlərin keçirilməsi qaydalarının tənzimlənməsi ilə bağlı dəyişikliklər qüvvəyə minib.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu “Respublika” qəzeti dərc edib.

Dəyişikliklər cərimələri nəzərdə tutur: 

- şənlik və ya mərasim keçirmək niyyəti barədə yerli tənzimləyici orqanlara məlumat verməməyə, habelə tədbirlər zamanı pul səpməyə və pulun nümayişkaranə paylanmasına görə 67 dollar məbləğində;

- ad günləri, sünnət və uşağın doğulması, dəfn mərasimləri ilə bağlı digər ayinlərin keçirilməsi qaydalarının pozulmasına görə fiziki şəxslərə 815 ABŞ dolları məbləğində cərimə tətbiq edilir. Vəzifəli şəxslər 2377 dollar məbləğində cərimələnəcək; 

- dəvət olunmuş qonaqların təsdiq edilmiş sayına, bayramın keçirilmə vaxtı və müddətinə əməl etməməyə görə fiziki şəxslər 1494 ABŞ dolları, vəzifəli şəxslər isə 3735 ABŞ dolları məbləğində cərimə olunacaqlar.

Dəyişikliklərdə qeyd olunur ki, tədbirlərin müddəti 3 saatdan çox olmamalıdır, ziyafət iştirakçılarının sayı 150 nəfərə qədər, toy məclisi 200 nəfərə qədər olmalıdır. Şənliklər 22:00-dan gec olmayaraq başa çatmalıdır.

481-ci maddə həmçinin müsəlmanların Həcc ziyarəti – Ümrə və Həcc ilə bağlı ayinlərin yerinə yetirilməsi qaydasına riayət edilməsinə dair norma ilə tamamlanıb.

Zəvvarları yola salmaq və qarşılamaq, zəvvarların şərəfinə həyətlərin, küçələrin və avtomobillərin bəzədilməsi qaydalarını pozan şəxslər cəzalandırılacaq. Onlar 2037 ABŞ dolları, vəzifəli şəxslər 5433 dollar məbləğində cərimə olunacaqlar.

Tacikistanda adət-ənənələrin və mərasimlərin tənzimlənməsi haqqında qanun 2007-ci ilin iyununda qüvvəyə minib. O, şadlıq və mərasimlər keçirərkən əhalini qənaət etməyə məcbur etmək məqsədilə qəbul edilib. Bu qanunu pozduqlarına görə taciklər hər il yüzminlərlə dollar cərimə olunurlar.

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

ABŞ niyə birqütblü dünya ideyasından əl çəkmir?

Dünya
16 dekabr 2025 235 baxış
Budapeşt Avropa İttifaqına meydan oxuyur

Budapeşt Avropa İttifaqına meydan oxuyur

Dünya
16 dekabr 2025 235 baxış
Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Ərdoğan Qara dənizdə mülki gəmilərə edilən hücumlardan danışdı - Baku TV CANLI

Dünya
16 dekabr 2025 235 baxış
Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Tramp Ukrayna ilə bağlı danışıqların detallarını açıqladı - Baku TV

Dünya
16 dekabr 2025 235 baxış
Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Kreml Aİ-nin Kiyevlə bağlı planına susur

Dünya
16 dekabr 2025 235 baxış
Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Ukrayna Ali Radasında deputatlar arasında dava - Baku TV CANLI

Dünya
16 dekabr 2025 235 baxış
Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Məşhur vaiz 104 yaşlı anasını qızıl örtüklü tabutda dəfn etdi

Dünya
16 dekabr 2025 235 baxış
Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Avropa Rusiyadan gələn təhdidlərə qarşı hazırlıq çağırışlarını gücləndirir

Dünya
16 dekabr 2025 235 baxış
Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Süleymaninin ölümündən sonra hər şey dəyişdi | Əsədin gizli planı üzə çıxdı? - Baku TV

Dünya
16 dekabr 2025 235 baxış
Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama

Dünya
16 dekabr 2025 235 baxış
Seçilmişlər
icon