Pleyeri seçin:

Oman ABŞ-nin nüvə obyektlərinə hücumunu pisləyib

22 iyun 2025 242 baxış

Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu bəyan edib.

Bu barədə husi ordusunun “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”, ‒ deyə hərəkat qeyd edib.

Bir sıra “Telegram” kanalları Yəmənin Bab əl-Məndəb boğazını bağladığını bildirib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ-nin bombardmançıları İranın üç əsas nüvə obyektinə zərbələr endirib. ABŞ Prezidenti Donald Tramp Tehranın təslim olmadığı təqdirdə yeni hücumlarla hədələyib.

İranın xarici işlər naziri Abbas Ərağçi Vaşinqtonu beynəlxalq hüququ pozmaqda ittiham edib.

O bildirib ki, ölkə öz suverenliyini, maraqlarını və xalqını qorumaq üçün bütün vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.

Yəmən husiləri ABŞ-nin İrana zərbələrindən sonra Qırmızı dəniz gəmiçiliyinə hücum etməyə hazır olduqlarını bildiriblər.

Yəmənin üsyançı hökuməti bir gün əvvəl ordu qanadının Vaşinqtonun İrana zərbələr endirəcəyi təqdirdə Qırmızı dənizdə ABŞ gəmilərini vuracağına dair verdiyi andı dəstəklədiyini bildirib.

ABŞ-nin İrana hücumundan sonra hökumətin bəyanatında deyilir: “Biz Yəmən Respublikasının Silahlı Qüvvələrinin Qırmızı dənizdə ABŞ gəmilərini və hərbi gəmilərini hədəf almağa hazır olduqları barədə bəyanatına sadiqliyini təsdiqləyirik”.

Oman ABŞ-nin İranın nüvə obyektlərinə hücumunu pisləyib. Bu barədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı aparılan danışıqlarda vasitəçi kimi çıxış edən Oman Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanata görə, bu hücum Yaxın Şərqdə münaqişəni genişləndirmək təhlükəsi yaradır və beynəlxalq hüququ pozur.

 

Trampdan İranla bağlı sensasiyalı açıqlama

Trampdan İranla bağlı sensasiyalı açıqlama

Dünya
03 mart 2026 242 baxış
Meksikada öldürülən kartel başçısı qəbiristanlığa qızıl tabutda aparıldı

Meksikada öldürülən kartel başçısı qəbiristanlığa qızıl tabutda aparıldı

Dünya
03 mart 2026 242 baxış
Qan su yerinə axdı | Tehranda Rusiya səfirliyinin olduğu ərazi raketlə vuruldu - Baku TV

Qan su yerinə axdı | Tehranda Rusiya səfirliyinin olduğu ərazi raketlə vuruldu - Baku TV

Dünya
03 mart 2026 242 baxış
İran uzunmüddətli müdafiəyə hazır olduğunu bəyan edib

İran uzunmüddətli müdafiəyə hazır olduğunu bəyan edib

Dünya
03 mart 2026 242 baxış
Argentinada işçilər aksiya keçirdi

Argentinada işçilər aksiya keçirdi

Dünya
03 mart 2026 242 baxış
Madrid hərbi bazalarından istifadəyə icazə vermədi

Madrid hərbi bazalarından istifadəyə icazə vermədi

Dünya
03 mart 2026 242 baxış
İran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci mərhələsinə başladı - Baku TV CANLI

İran ABŞ və İsrailə qarşı əməliyyatın 12-ci mərhələsinə başladı - Baku TV CANLI

Dünya
03 mart 2026 242 baxış
İsrail Livana zərbələr endirib

İsrail Livana zərbələr endirib

Dünya
03 mart 2026 242 baxış
Manilada İrana dəstək mitinqi təşkil edildi

Manilada İrana dəstək mitinqi təşkil edildi

Dünya
03 mart 2026 242 baxış
Ağacların budanması necə və nə vaxt aparılır?

Ağacların budanması necə və nə vaxt aparılır?

Dünya
03 mart 2026 242 baxış
Seçilmişlər
icon