Dünya
Pleyeri seçin:

Orban Ukraynaya görə məsuliyyət daşımayacağını bildirib

15 dekabr 2023

“Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın üzvlük danışıqlarına başlamaq qərarı ilə bağlı müzakirələr başlayan zaman Avropa İttifaqının iclas zalını tərk edib, çünki o, bunu yanlış hesab edib və belə bir addımın məsuliyyətini öz üzərinə götürmək istəməyib”.

Bu barədə rəhbərini Brüsseldə Aİ sammitinə səfərdə müşayiət edən Macarıstan hökumətinin başçısının siyasi müşaviri Balaz Orban bildirib.

“Macarıstanın mövqeyi aydındır və dəyişməzdir: biz Ukraynanı Avropa İttifaqı ilə danışıqlara hazır hesab etmirik. Ona görə də biz danışıqlara başlamamağı təklif etdik. Lakin Aİ-yə 26 üzv ölkə fərqli düşünür. Buna görə də bir neçə saat davam edən debatdan sonra Macarıstan səhv qərara müdaxilə etməmək və məsuliyyəti öz üzərinə götürməmək üçün iclas zalını tərk etmək və səsvermədə iştirak etməmək qərarına gəlib”, – deyə o qeyd edib.

Eyni zamanda Baş nazirin müşaviri vurğulayıb ki, Ukraynanın mümkün üzvlüyü ilə bağlı bütün sonrakı qərarlar da Aİ-də konsensus tələb edəcək:

“Avropa İttifaqının liderləri fundamental qərar qəbul ediblər. Bundan sonra üzv dövlətlər də konkret danışıqlar paketinin hazırlanması ilə bağlı yekdilliklə razılaşmalı olacaqlar. Yaxın bir neçə ildə Ukraynanın Avropa Birliyinə daxil olması ilə bağlı danışıqlar prosesində ən azı 70 dəfə qərarlar yekdil dəstəklənməlidir”.

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter qəzaya uğradı

Dünya
19 may 2024
İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

İstanbulda narkotik əməliyyatı | Saxlanılanlar var

Dünya
19 may 2024
Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Xarkova növbəti raket hücumu | Ölən və yaralananlar var

Dünya
19 may 2024
Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Parisin Yeni Kaledoniya ilə bağlı siyasəti dalana dirənib | Mariya Zaxarova

Dünya
19 may 2024
Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Zurabişvili qalmaqallı qanunla bağlı qərarını bildirdi

Dünya
19 may 2024
Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Yaraşıqlı "Fransız mələyi" Moris Tiye necə "Şrek"ə çevrildi? - ARAŞDIRMA

Dünya
18 may 2024
Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Türkiyədə antiterror əməliyyatı | 44 nəfər saxlanıldı

Dünya
18 may 2024
Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Yeni Kaledoniyada aksiya zamanı həlak olanların sayı artdı | Vəziyyət gərginləşir

Dünya
18 may 2024
Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Qəzzada atəşkəs danışıqları dayandırılıb | İsrail mediasından açıqlama

Dünya
18 may 2024
Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Ukrayna bu şəhərin yarısını itirdi | Ağır döyüşlərdə son vəziyyət

Dünya
18 may 2024
Seçilmişlər
icon