Putindən Avropaya sərt xəbərdarlıq | "Rusiya döyüşə hazırdır!" - Baku TV
“Rusiya Qara dənizdə tankerlərə hücumlara cavab olaraq Ukrayna limanlarına və gəmilərinə zərbələri genişləndirəcək”.
Bunu Rusiya Prezidenti Vladimir Putin bəyan edib.
“Əgər tankerlərə hücumlar davam edərsə, biz Ukraynaya kömək edən ölkələrin gəmilərinə qarşı cavab tədbirlərini nəzərdən keçirəcəyik. Ümid edirəm ki, Kiyev və onun arxasında dayananlar Qara dənizdə gəmilərə hücumları davam etdirib-etdirməmək barədə yaxşı düşünəcəklər”, – deyə Rusiya lideri qeyd edib.
V.Putinin sözlərinə görə, Avropa Ukrayna üzrə sülh planına Rusiya üçün qəbuledilməz təkliflər irəli sürür. O, Moskvada ABŞ nümayəndələri ilə görüşdən əvvəl Avropanı sülh razılaşmalarını pozmağa cəhd göstərməkdə ittiham edib.
Kreml rəhbəri əlavə edib ki, Rusiya Avropa ölkələri ilə müharibə etməyə hazırlaşmır.
“Amma əgər Avropa müharibəyə başlasa, Rusiya döyüşməyə bu dəqiqə hazırdır”, – deyə sonda V.Putin bildirib.
#Vladimir Putin teqi istifadə olunub
- Putin hansı ölkələrə şərt qoydu? | "Rusiya buna davam edəcək, amma..." - Baku TV
- Rusiya və ABŞ liderləri telefonda nələri müzakirə etdi? - Baku TV
- İrana hücum Putinin hərb maşınına ciddi ziyan vurdu
- Rusiya və İran prezidentlərinin telefon danışığında diqqətçəkən detal - ANA XƏBƏR
- Putin Xameneinin ölümü ilə bağlı Pezeşkiana başsağlığı verdi - Baku TV
