Pleyeri seçin:

Putinin məqsədi ifşa edildi, NATO cavabını verdi | NATO ölkəsinə hücumun sensasiyalı detalı

11 sentyabr 2025 198 baxış

“Polşanın hava məkanı dronlar tərəfindən pozulandan sonra NATO-nun qüvvələri ilk dəfə Rusiya ilə döyüşə girdi. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə riskə gedə biləcəyini və NATO-nun hazırlıq səviyyəsini göstərdi”.

Bu sözlər “The Telegraph”da yayılan yazıda qeyd olunub.

“Varşava Rusiya dronlarının Ukraynaya hücumu ilə bağlı məlumatı alandan sonra Hava Hücumundan Müdafiə sistemləri hazır vəziyyətə gətirilib” deyilən məqalədə o da qeyd olunub ki, bu, Polşa üçün qeyri-adi hal deyil:

“Qeyri-adi olan hava məkanının pozulmasıdır. Nəticədə, Niderland və İtaliyanın da kəşfiyyat təyyarələri havaya qalxıb. İki “F-35”, iki “F-16” qırıcı təyyarəsi və bir neçə helikopter vəziyyəti nəzarətdə saxlayıb”.

“Vladimir Putin bununla nəyə nail olmaq istəyir?” sualı isə “Politico”da yayılan yazıda qeyd olunub. Məqalədə bildirilib ki, Rusiya dronlarının Polşa hava məkanını pozması Avropa ilə hərbi gərginlik kimi yozulur.

19 pilotsuz uçuş aparatının hava məkanını pozduğunu deyən Polşanın Baş naziri Donald Tusk bildirib ki, Rusiyanın aqressiv planlarının olması şübhə doğurmur.

Qeyd edək ki, bu, NATO üzvü olan ölkənin səmasında 19 PUA-nın radarlara düşüb bəzilərinin vurulduğu ilk hadisədir.

Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib ki, NATO və Polşanın Hərbi Hava Qüvvələri hadisəni araşdırıb. Məlum olub ki, dronlar idarəetmədən çıxmayıb və hücum ediblər. 

“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

“Tramp Zelenskiyə dedi ki...” | Putinin köməkçisi danışıqlardan söz açdı

Dünya
08 dekabr 2025 198 baxış
Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Ara qarışdı: Çinlə Yaponiya arasında gərginlik pik həddə - Baku TV CANLI

Dünya
08 dekabr 2025 198 baxış
“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

“Hamı pulları istəyir, amma...” | Qlobal maliyyə sistemini ağır nəticə gözləyir?

Dünya
08 dekabr 2025 198 baxış
Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Çernobıl AES-in qoruyucu təbəqəsi zədələndi

Dünya
08 dekabr 2025 198 baxış
İsrailin Baş naziri siyasətdən gedəcək?

İsrailin Baş naziri siyasətdən gedəcək?

Dünya
08 dekabr 2025 198 baxış
Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Kremlin sözçüsü Vaşinqtonun səylərini təvazökar təminat adlandırdı

Dünya
08 dekabr 2025 198 baxış
Çamadan oğurluğunda 21 nəfər xəsarət alıb | London

Çamadan oğurluğunda 21 nəfər xəsarət alıb | London

Dünya
08 dekabr 2025 198 baxış
ABŞ İsrail və Qətəri barışdırmaq istəyir

ABŞ İsrail və Qətəri barışdırmaq istəyir

Dünya
08 dekabr 2025 198 baxış
Gərginlik səbəbindən sərhəd ərazisində yaşayanlar köçürülür

Gərginlik səbəbindən sərhəd ərazisində yaşayanlar köçürülür

Dünya
08 dekabr 2025 198 baxış
 Netanyahudan Fələstin dövlətinin yaradılması ilə bağlı açıqlama

 Netanyahudan Fələstin dövlətinin yaradılması ilə bağlı açıqlama

Dünya
08 dekabr 2025 198 baxış
Seçilmişlər
icon