Putinin yerində kim olsa... | ABŞ-dən Zelenskini məyus edəcək xəbər
“Ukraynada müharibə ABŞ-nin keçmiş lideri Co Baydenin bu ölkənin NATO-ya üzv ola biləcəyini deməsinə görə başlayıb”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, Rusiyanın yerində olan hər hansı ölkə buna icazə verməz.
Ağ Ev rəhbəri bildirib ki, Pentaqon rəhbəri Pit Heqsetin Ukraynanın NATO-ya daxil olmasının qeyri-real xarakteri ilə bağlı açıqlamaları Vaşinqtonun mövqeyini əks etdirir.
Qeyd edək ki, fevralın 12-də ABŞ-nin müdafiə naziri Pit Heqset Brüsseldə Ukraynaya silah tədarükünü koordinasiya edən Qərb Təmas Qrupunun iclasında deyib ki, Ukraynanın 2014-cü ilə qədərki sərhədlərə qayıtmaq cəhdləri qeyri-real məqsəddir. O həmçinin Ukraynanın NATO-ya daxil olma ehtimalını faktiki olaraq istisna edib və vurğulayıb ki, o, öz təhlükəsizliyinə cavabdeh olmalıdır.
#ABŞ teqi istifadə olunub
