Qərbdə hamı bir ağızdan qışqırır | Mariya Zaxarova
“Ermənistan miqrasiya ilə bağlı Britaniya ilə danışıqlarını özü şərh etməlidir”.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı jurnalistin London və İrəvanın Britaniyadan Ermənistana qeyri-qanuni miqrantların göndərilməsi ilə bağlı danışıqlar aparmasını Moskvanın necə qiymətləndirməsi ilə bağlı sualına cavabında deyib.
“Bizə elə gəlir ki, buna İrəvan özü şərh verməlidir. Biz Ermənistan XİN-in bəyanatını eşitmişik. Onlar bildirmişdilər ki, tərəflər arasında bununla bağlı əhəmiyyətli danışıq olmayıb. Əhəmiyyətli danışıq olmayıbsa, bəlkə, əhəmiyyətsiz danışıq olub?! Biz başa düşürük ki, Londonda miqrasiya mövzusu kəskinləşib.
Onlar öz məqsədlərinə çatmaq üçün müstəmləkəçilik üslubunda çoxlu pul xərcləməyə hazırdırlar. Amma Qərbdə hamısı bir ağızdan qışqırır ki, biz o ölkənin təhlükəsizliyini qorumaq istəyirik. Yenə də deyirəm, bu mövzu ilə bağlı ilk növbədə Ermənistanın özü açıqlama verməlidir”, – deyə M.Zaxarova bildirib.
#Rusiya Xarici İşlər Nazirliyi teqi istifadə olunub
- Rusiya NATO-nun bundan imtina edəcəyi təqdirdə alyansla dialoqa açıqdır
- "Rusiya bu işə bir çox cəhətdən maraq göstərir" | Mixail Kaluqindən açıqlama
- Rusiya XİN-in MDB ölkələri üzrə dördüncü departamentinin direktorundan açıqlama
- "Türkiyənin bununla bağlı öhdəlikləri var" | Lavrov rəsmi Ankaraya xəbərdarlıq etdi - Baku TV CANLI
- Rusiya NATO və Aİ ölkələrinə cavab verdi
