Pleyeri seçin:

Qərbin İsraili dəstəkləməsinin əsl səbəbi bu imiş | Qəzza kimin olsa...

05 sentyabr 2024 728 baxış

Qəzza kimindirsə, böyük qaz yataqları da onun olacaq.

Bu fikir birdən-birə yaranmayıb. Tarixə baxdıqda “Gaza Marina” və “Med-Yavne”də mövcud olan qaz yataqları ilə bağlı bir neçə il əvvəl İsrail nümayəndələri ilə Fələstin rəhbərliyi arasında görüşlər keçirilib. Qəzza dəniz qaz yatağının işlənməsi ilə bağlı danışıqlar müsbət nəticə verməyib.

Fikir ayrılığına səbəb Fələstinin daxili parçalanmasıdır. İsrail Mahmud Abbasla müzakirələr aparmağı üstün tuturdu, Qəzza zolağına nəzarət edən HƏMAS isə qaz yatağı ilə bağlı radikal mövqedə idi. Deməli, Qəzza zolağındakı münaqişənin arxasında həm də bölgənin qaz ehtiyatları dayanır. Qaz bölgədə müharibəni alovlandırıb.

Böyük Britaniyanın “British Gas” şirkəti 2000-ci ildə bu ərazidə iki quyu qazıb və bu quyuların ehtiyatları 1 trilyon kub fut səviyyəsində qiymətləndirilir. 2007-ci ildə şirkət mübahisəli qaz danışıqlarına görə İsraildəki ofisini bağlayıb. Daha sonra Qəzza dəniz şelfində enerji resurslarını araşdırmaq hüquqları Britaniyanın BP şirkətinə verilib. Bu razılaşmanın müddəti 2024-cü ildə başa çatıb.

İndi kim Qəzzanın hakimi olacaqsa, kəşfiyyat və mədən araşdırmaları üçün özünün lazım bildiyi şirkətə də bu hüquqları verəcək.

Qəzzadan 20 mil uzaqlıqda yerləşən quyuların ehtiyatı Fələstini enerji ilə təmin etməklə yanaşı, emal olunarsa, ixrac da edilə bilər. Qəzzanın sərhədləri daxilində olan bu qaz yataqlarında İngiltərə, İtaliya və ABŞ şirkətləri pay sahibi olmaqla qazanc əldə edəcək. Buna görə də Qərb ölkələri müharibədə İsraili dəstəkləyir.

Münaqişənin hazırkı vəziyyətinə baxdıqda görünür ki, ərazidəki karbohidrogen yataqlarına nəzarət bundan sonra tamamilə İsrail və Qərb şirkətlərinin əlinə keçəcək. Çünki İsrail artıq Qəzza zolağı ilə bərabər onun sahil xəttinə də nəzarət edir. Üstəlik, Hindistandan Avropaya gedən ticarət yolu da Qəzza üzərindən keçir.

Tarix dəyişsə də, məqsədlər dəyişmir. Ta qədimdən enerji mənbələri və ticarət yollarına nəzarət müharibələrin gizli və ya açıq hədəfləridir.

Banner
Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Marko Rubio İranın hazırkı tələblərini "qeyri-ciddi" adlandırdı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 728 baxış
Konkret plan hazırlanıb?

Konkret plan hazırlanıb?

Dünya
10 noyabr 2026 728 baxış
Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Zelenski Vaşinqtonun və Avropanın mövqeyi ilə bağlı şübhələrini açıqladı - Baku TV CANLI

Dünya
10 noyabr 2026 728 baxış
Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Əbu-Dabidəki danışıqlar müharibənin taleyini dəyişə bilərmi? - Baku TV

Dünya
10 noyabr 2026 728 baxış
Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Hökumət dəyişsə, müharibə siyasəti də dəyişəcəkmi? - AKTUAL GÜNDƏM

Dünya
10 noyabr 2026 728 baxış
Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Rusiyalı rəsmilər İsrailə niyə gedib?

Dünya
10 noyabr 2026 728 baxış
Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Rusiya raketlərinin izi ilə: Ukrayna kosmosdan nəzarəti necə təmin edəcək? - Baku TV CANLI

Dünya
10 noyabr 2026 728 baxış
Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Netanyahu yeni hökumətə rəhbərlik etmək istəyir

Dünya
10 noyabr 2026 728 baxış
“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

“Şəhərin mərkəzində belə şey olar?!” | Çirkab suları sakinləri təngə gətirdi - Baku TV

Dünya
10 noyabr 2026 728 baxış
“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

“Mübarizə qızışacaq” | Toqquşan maraqlar: 7 saatlıq görüşün pərdəarxası məqamları - Baku TV

Dünya
10 noyabr 2026 728 baxış
Seçilmişlər
icon