Pleyeri seçin:
İsrailin Baş naziri Benyamin Netanyahu şərtlərini açıqladı
“İsrail Suriya ilə müəyyən şərtlər daxilində razılaşmaya hazırdır”.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib.
“Biz Dəməşqdən ayırıcı xəttə qədər, Hermon dağının ətəkləri və zirvəsi də daxil olmaqla, demilitarizasiya olunmuş zona yaradılmasını gözləyirik. Bu əraziləri İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün saxlayırıq və bu bizim öhdəliyimizdir.
Yaxşı niyyət və bu prinsiplərin anlaşılması ilə suriyalılarla da razılaşmaya nail olmaq mümkündür, lakin biz hər halda öz prinsiplərimizdə israrlı olacağıq”, – deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, 1967-ci il müharibəsi zamanı İsrail Colan Təpələrini ələ keçirdiyi üçün Suriya bu dövləti rəsmən tanımır.
Kopyalandı
#İsrail teqi istifadə olunub
- İsrail Tramp administrasiyasına gizlicə nə təklif edib? - İranı viran qoyacaqlar? - Baku TV
- İran XİN rəhbəri iğtişaşlarda ABŞ və İsrailin iştirak etdiyini bəyan edib
- ABŞ və İsrailin zərbəsi yalnız rejimi yox, regionu da sarsıda bilər - Baku TV
- Daxildən etirazlar, xaricdən isə müdaxilə riski - Baku TV
- ABŞ və İsrail Yaxın Şərqdəki strateji hədəflərində hələ də israrlıdır | Türkiyə portalı
