Dünya
Pleyeri seçin:

Qəzzada atəşkəslə bağlı danışıqların nəticəsiz qalmasının səbəbi | Açıqlamalara baxmayaraq…

20 avqust 2024

“Qəzzada atəşkəslə bağlı Qətər danışıqlarının nəticəsiz qalmasının səbəbkarı İsraildir”.

Belə bir iddia ilə ABŞ mediası çıxış edib. Bildirilib ki, Benyamin Netanyahu razılaşmanın əldə edilməsi üçün qarşı tərəfə kifayət qədər yer verməyib. Müəllifin iddiasına görə, Baş nazir, ümumiyyətlə, atəşkəslə bağlı heç bir addım atmaq istəmir. Yazıda o da qeyd olunub ki, Dohadakı görüşdə yaranan boşluqlar İsraillə HƏMAS yox, ABŞ və İsrail arasında olub.

“Vaşinqtonun müsbət açıqlamalarına baxmayaraq, yeniliklər təqdim edən Misir və Qətər vasitəçiləri də heç bir real irəliləyişin əldə olunacağına inanmırdılar”, – deyə yazıda qeyd olunub.

Məlumat üçün bildirək ki, bundan əvvəl HƏMAS hərbi qruplaşması B.Netanyahunu yeni mövqe nümayiş etdirməkdə günahlandıraraq ABŞ-nin son atəşkəs təklifini rədd edib. Hökumət rəhbəri də öz növbəsində qruplaşmanı danışıqlara mane olmaqda ittiham edərək məsuliyyəti onların boynuna atıb.

Bəs görəsən, Baş nazirin son həftələrdə irəli sürdüyü yeni tələblər hansılardır?

Əvvəla, İsrail Misir-Qəzza zolağı ilə sərhədindəki dəhlizə hərbi nəzarəti əlində saxlaması tələbini irəli sürüb. Növbəti hədəf isə Qəzzanın cənubundan şimalına silah qaçaqmalçılığının qarşısını almaq üçün xüsusi mexanizmin yaradılması olub.

İsrail tərəfi hətta dəhliz boyunca öz ordusunu yerləşdirdiyi bir mənzərəni təsvir edən xəritəni də nümayiş etdirib. Qruplaşma da təklif olunan hər 2 tələbi rədd edib.

Qeyd edək ki, Entoni Blinkenlə B.Netanyahu arasında baş tutan görüş 3 saat davam edib. Tərəflər Qəzzadakı vəziyyəti müzakirə ediblər. Danışıqların sonunda ABŞ rəsmisi sözügedən regionda irəliləyişin olacağına ümid etdiyini açıqlayıb.  

İranın Suriyadakı səfirliyinin əməkdaşı necə öldürüldü | Qandonduran insidentin detalları

İranın Suriyadakı səfirliyinin əməkdaşı necə öldürüldü | Qandonduran insidentin detalları

Dünya
21 dekabr 2024
Türkiyəni silkələyən hadisə | Polisin silahdan istifadəsi müzakirələrə səbəb oldu

Türkiyəni silkələyən hadisə | Polisin silahdan istifadəsi müzakirələrə səbəb oldu

Dünya
21 dekabr 2024
Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Kazanda yaşayış binaları vuruldu, hökumət hərəkətə keçdi | Dəhşətli görüntülər

Dünya
21 dekabr 2024
Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Ay görün necə və nə vaxt yaranıb | Bilinməyən faktlar açıqlandı

Dünya
21 dekabr 2024
Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Rusiyada çoxarvadlılığa icazə verildi | Qoyulan şərtlər isə görün nələrdir

Dünya
21 dekabr 2024
Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Alimlərdən mühüm tapıntı | Bu planetdə şəhər salıb yaşamaq mümkünləşir?

Dünya
21 dekabr 2024
Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Teraktın olduğu ərazidə təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya
21 dekabr 2024
Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Viktor Orban Ukraynada atəşkəsə ümidlidir

Dünya
21 dekabr 2024
Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Almaniyada tükürpərdən hadisə: Ölənlər var

Dünya
21 dekabr 2024
Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Gürcüstanın Baş naziri Kobaxidzedən vacib açıqlama

Dünya
21 dekabr 2024
Seçilmişlər
icon