Pleyeri seçin:

Qınaqlarınız İsrailin vecinə deyil! - BMT-nin iclasında gərgin anlar

15 avqust 2024 345 baxış

BMT-nin Təhlükəsizlik Şurası Qəzzadakı vəziyyətlə bağlı təcili iclas keçirib.

Toplantıda İsraillə Fələstinin təşkilatdakı rəsmiləri arasında dava düşüb. Fələstinli nümayəndə qarşı tərəfi BMT-nin qınaqlarına məhəl qoymamaqda ittiham edib.

“Təl-Əvivə sizin qınaqlarınız maraqlı deyil. Onlar sizin qanun layihələrinizə də qarşı çıxırlar. Hətta buradakı müzakirələrə belə qulaq asmırlar. İsrailin BMT-dəki nümayəndəsi siz danışarkən telefonu ilə oynayır. Dünya ölkələri və Təhlükəsizlik Şurası olaraq, sizin aylar öncə bunun qarşısını almaq kimi bir məsuliyyətiniz var idi. Müharibə davam etdikcə, siz davamlı olaraq reaksiya verməli, insanları ölümdən xilas etməli, sülh və təhlükəsizliyi hər kəs üçün təmin etməlisiniz. Yalnız bir sıra ölkələr üçün yox”, – Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur bildirib.

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan da həmkarının ittihamlarını cavabsız qoymayıb.

“Görünür, siz vaxtınızı yalanlara qulaq asmağa həsr etmək qərarındasınız. Bu yaxınlarda israilli uşaqların “Hizbullah”ın hücumu nəticəsində ölməsi heç bir narahatlığa səbəb olmadı. Qruplaşmanın üzvləri məktəbi baza olaraq istifadə etdilər. Lakin siz ölən uşaqlar üçün təcili iclas keçirməyə vaxt tapa bilmədiniz”, – G.Erdan deyib.

Bundan başqa, Gilad Erdan çıxışında fələstinli nümayəndəyə müraciət edərək İsrailin dünyanın ən əxlaqlı ölkəsi olduğunu deyib. Bildirib ki, bu səbəbdən də BMT-də dövlətini təmsil etməkdən qürur duyur.

Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Dünya
06 dekabr 2025 345 baxış
Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Dünya
06 dekabr 2025 345 baxış
Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Dünya
05 dekabr 2025 345 baxış
Qəzzada ölənlərin sayı 70 mini ötüb

Qəzzada ölənlərin sayı 70 mini ötüb

Dünya
05 dekabr 2025 345 baxış
Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq

Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq

Dünya
05 dekabr 2025 345 baxış
Neft, silah, diplomatiyanı əhatə edən kritik görüş - Baku TV

Neft, silah, diplomatiyanı əhatə edən kritik görüş - Baku TV

Dünya
05 dekabr 2025 345 baxış
Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Dünya
05 dekabr 2025 345 baxış
Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Dünya
05 dekabr 2025 345 baxış
Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Dünya
05 dekabr 2025 345 baxış
3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

3 avropalı liderdən Zelenskiyə təcili xəbərdarlıq - BAKU TV CANLI

Dünya
05 dekabr 2025 345 baxış
Seçilmişlər
icon