"Müharibə Baydenin axmaqlığı ilə başladı" | Trampla İlon Mask nələri müzakirə etdi?
Amerika Birləşmiş Ştatlarının prezidentliyə namizədi Donald Tramp "Tesla" şirkətinin təsisçisi İlon Maska müsahibə verib.
O, Moskva-Vaşinqton münasibətləri, 3-cü Dünya müharibəsi kimi mövzulara toxunub.
Rusiya-Ukrayna münasibətlərindən də danışan D.Tramp sözügedən regionda vəziyyətin düşünüldüyündən də gərgin olduğunu deyib:
"Ukraynada nəinki qalib gəlmək üçün mübarizə aparacaq insan, ümumiyyətlə, müharibənin qarşısını alacaq heç kim yoxdur. Müharibə Co Baydenin axmaqlığı ucbatından başlayıb.
Münaqişə onun Ukraynanın NATO-ya üzv olmasına icazə verməsi ilə alovlandı. Çünki Rusiya Federasiyası həmişə bunun yolverilməz olduğunu vurğulayırdı. Vladimir Putin yaxşı danışıqlar aparır və mən onunla həmfikir olmaq niyyətindəyəm. Əgər prezident olsam və yenə də Ukraynaya hücum edilsə, buna görə qarşı tərəf cavab verəcək".
"Münaqişəyə gəldikdə isə orada vəziyyət düşündüyünüzdən daha bərbaddır. Ölənlərin sayı təsəvvür edə biləcəyinizdən qat-qat çoxdur. Hazırda dünya iqlim deyil, nüvə fəlakəti ilə təhdid olunur. Bizim böyük nüvə gücünə malik 5 ölkəmiz var. Co Baydenlə Barak Obama isə Çinlə Rusiyanın müttəfiqliyinə açıq şəkildə şərait yaradıblar.
Üçüncü Dünya müharibəsinin də qarşısını alacağam, lakin reallıq budur ki, müharibə artıq ordu və tanklarla yox, indiyədək heç kimin görmədiyi və tamamilə fərqli bir səviyyədə olacaq", – deyə D.Tramp qeyd edib.