Pleyeri seçin:

Ərdoğan Trampın Ukrayna üzrə sülh planı barədə danışdı

24 noyabr 2025 483 baxış

“Ukraynada sülh üçün bir zəminin yaranması uzun müddətdir bizim də səylə çalışdığımız bir mövzudur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına dair sülh planını şərh edərkən deyib.

“ABŞ Prezidenti Donald Trampla da müxtəlif çərçivələrdə Ukrayna məsələsində nə düşündüyümüz barədə danışmışıq. Biz ədalətli bir sülhün heç bir tərəfi uduzmuş vəziyyətə salmayacağına inanırıq. Ədalətli sülhə çatmağın yolunun isə danışıqlar və tərəflərin bir araya gəlməsindən keçdiyi fikrindəyik.

Hazırda irəli sürülən sülh planının bir baza olub-olmayacağı müzakirə olunur. Bu plan üzərində razılaşmaq mümkündürmü? Bəli, mümkündür. Amma necə? Bunun üzərində dayanmaq lazımdır. Plan tərəflərin legitim gözləntiləri və təhlükəsizlik ehtiyaclarını yeni qeyri-sabitlik yaratmadan qarşılayarsa, razılaşma mümkündür”, – o vurğulayıb.

Prezident Ərdoğan hesab edir ki, uzlaşma ortaq məxrəcə gəlinmiş məsələlər və pozitiv gündəmlə başlayan danışıqlar vasitəsilə əldə oluna bilər:

“Hər kəsi qane edən bir baza yaradılarsa, davamlı həll yolunun qapısı açılacaq. Ədalətli və qalıcı sülhün yolunu açacaq təkliflərin müzakirə yolu ilə işə salınması prosesə müsbət təsir edəcək. Türkiyə olaraq daha əvvəl İstanbulda necə mühüm rol oynamışdıqsa, bu gün də eyni konstruktiv mövqeni davam etdirməyə hazırıq”.

Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Tramp Milad bayramında Qəzzadakı uşaqları sevindirəcək? - Baku TV

Dünya
06 dekabr 2025 483 baxış
Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Məhbuslar həbsxananın iki əməkdaşını girov götürüblər

Dünya
06 dekabr 2025 483 baxış
Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Tramp FIFA Sülh Mükafatına layiq görüldü

Dünya
06 dekabr 2025 483 baxış
Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Ukrayna Krasnodarda dəniz limanına zərbə endirib

Dünya
05 dekabr 2025 483 baxış
Qəzzada ölənlərin sayı 70 mini ötüb

Qəzzada ölənlərin sayı 70 mini ötüb

Dünya
05 dekabr 2025 483 baxış
Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq

Ukrayna ərazi güzəşti müqabilində bunları alacaq

Dünya
05 dekabr 2025 483 baxış
Neft, silah, diplomatiyanı əhatə edən kritik görüş - Baku TV

Neft, silah, diplomatiyanı əhatə edən kritik görüş - Baku TV

Dünya
05 dekabr 2025 483 baxış
Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Tehran Polis İdarəsinin rəhbəri Abbasəli Məhəmmədiandan açıqlama

Dünya
05 dekabr 2025 483 baxış
Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Albaniyanın süni intellekt naziri barədə qeyri-adi xəbər

Dünya
05 dekabr 2025 483 baxış
Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Türkiyədə əməliyyat I Ulduz futbolçular, hakimlər və klub rəhbərləri saxlanıldı

Dünya
05 dekabr 2025 483 baxış
Seçilmişlər
icon